Şəkil 17.1. Yuvada yemin qışa yerləşdirilməsi
1 - İkitərəfli;
2 - İki ailənin qışlaması zamanı bütöv arakəsmədən birtərəfli yerləşdirilmə;
3 - Saqqalı;
4 - Yığcam;
5 - Bal;
6 - Arı sürfəsi;
7 - Şanın boş qovuqcuqları;
8 - Uçuş bacası.
İsti yığım olan həmin pətəklərdə arılar əvvəl yuxarı qalxa bilər, lakin sonra isə məcburi olaraq ya sağ, ya da sola uçacaq.
Bu cür hallarda arılar bəzən çətin vəziyyətə düşür ki, o da ölümlə nəticələnir, ona görə ki, deyildiyi kimi qışda soyuq vaxtı arılar boş şanlardan keçə bilmir.
Aşağı enli çərçivələri olan pətəklərdə az bal ehtiyatı olduqda arılar bu cür hərəkət edir. Əvvəl arılar yuxarı istiqamətlənəcək. Əsasən də çərçivələrin yuxarı hissələrinə (bacaya yaxın olan). Çərçivənin yuxarı küncünə çatmaq üçün aşağı çərçivələrin yuxarı hissələrində nazik zolaq bal olarsa, onlara az vaxt lazım olar. Ona görə də arılar tavana çatdıqda həmin çərçivələrdən pətəyin arxa divarına doğru uçacaq. Arılar bu yerdən də balı yesə, onlar qışda eləyə bilmədiyi sağ və sol, bal çərçivələrinə keçə biləcək. Ona görə burada da ailənin təlaşı, topada temperaturun kəskin qalxması, arıların səpələnməsinin artması, bəzən də ailələrin ölməsi halları mümkündür.
Göstərilən hallardan məlumdur ki, əgər pətəkdə kifayət qədər bal olar və o, arıların boş şanlardan keçə bilməməsi istiqamətində quraşdırılıbsa, arılar çətin vəziyyətə düşməyəcək.
Arıları qışlamaya hazırlaşdırarkən pətəkdə o qədər çərçivə saxlayın ki, arı topası onun üstünə qona bilsin. Həmçinin əlavə olaraq yuvanın künclərində qışda arıların üzərinə qonmadığı 1-2 çərçivə saxlayın.