-
Mövsümün sonunda çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq məqsədilə arı
ailələrinin payız yoxlanışını keçirin.
-
Yoxlanışın yığımın yerli şəraitindən asılılığını diqqətinizdə saxlayın.
-
Arıxana və ya ailənin qeyd kitabına ailə haqqında bütün məlumatları daxil edin.
-
Qışlamaya qədər bütün çatışmazlıqların aradan qaldırılmasına çalışın.
-
Ailələrin gücünə uyğun bal ehtiyatının saxlanmasına diqqət edin.
-
Ananın keyfiyyətinə diqqət edin, zərurət yaranarsa, ehtiyat tədbiri görün.
-
Yem ehtiyatının ailəni növbəti yığıma çatdıra biləcəyinə əmin olun, əks təqdirdə ehtiyat
tədbiri görün.
-
Möhürlənmiş çərçivələrdə yemin saxlanmasına diqqət edin.
-
Gəzəngi balının ehtiyatdan çıxarılmasına diqqət edin, onun fəsadlarını öncədən düşünün.
-
Gəzəngi balının tərkibinin öyrənilməsi yollarını araşdırın.
-
Gəzəngi balı ehtiyatdan çıxarılarkən onun şəkər şərbəti ilə əvəzlənməsi, şərbətin hazırlanma
qaydasına diqqətlə yanaşın.
-
Arıları şəkər şərbəti ilə yemləyərkən ehtiyat çiçək tozunun həcmini nəzərə alın. Əks halda
şəkər distrofiyasının acı nəticələri ilə qarşılaşacaqsınız.