16.1.2. Yemin keyfiyyəti
Yuvalarda yalnız 3/4 hissəsi möhürlənmiş şanlarda bal saxlayın. Açıq qovuqcuqlarda bal nəmişliyi canına çəkərək çürüyə bilər və arılarda ishala səbəb ola bilər. Əsasən də nozematozla xəstə olan arılar üçün bu, çox təhlükəlidir. Çiçəklərdən yığılan balı arılar tez möhürləyir. Arıları gec yemlədikdə onlar yemi möhürləyə bilmir, çünki bu vaxt arılar mum ayırmır.
Qış ehtiyatlarının artırılması üçün avqustun sonu və ya sentyabrın əvvəlindən gec olmayaraq yemləmə qurtarılmalıdır.
Yem balı yalnız çiçəkdən olmalı, orada gəzəngi olmamalıdır. Gəzəngi balının istifadəsi arılarda zəhərlənməyə səbəb ola bilər, həzm olunmayan yemək qalıqları ilə bağırsaq dola və ishal, çox vaxtı isə ölümlə nəticələnə bilər.
Gəzəngi balı arıların qışlaması üçün yararsızdır. O, yuvalarda aşkar olunduqda gəzəngi olan bütün çərçivələri çıxartmaq lazımdır, yerinə isə yüksək keyfiyyətli bal qoymaq lazımdır, yaxşı bal olmadıqda isə arıları şəkər və ya çiçək balı ilə yemləmək lazımdır.
Yekunda balın ölçüsü müəyyən edilərkən sürfələrin payızda yetişdirilməsi üçün sərf olunan bala qatqıların əlavə edilməsi, həmçinin də sərf olunanların qış və yaz xərclərinə əvvəlcədən əlavə edilməsi lazımdır.
Nəzərə almaq lazımdır ki, yazda bal sərfiyyatı çox böyük olur, bu, sürfələrin yemlənməsi ilə əlaqəlidir. Yalnız yığım başlandıqdan sonra yem ehtiyatlarına olan tələbat azalır.
Yuxarıda qeyd olunanlara əsasən unutmaq lazım deyil ki, pətəkdə nəzərdə tutulan ehtiyaclardan bir qədər çox bal saxlamaq məsləhətlidir. Arılar bir damcı da olsa, artıq baldan istifadə etmir, arıçı arıların bütün qış boyu ac qalmadığını bilərək sakit olacaq. Bundan başqa, yazda pətəklər çıxarılandan sonra əlverişsiz hava təhlükəsi olmayacaq. Ana yumurta qoyacaq, sürfələrin yemlənməsi təmin olunacaq və arıların yemlənmə ehtiyacı barəsində heç bir narahatçılığı olmayacaq. Ümumiyyətlə, çoxlu yem ehtiyatı müvəffəqiyyətin təmin olunmasıdır.
Keyfiyyətsiz bal, bərkiyən və ya tərkibində gəzəngi olan baldan qışlama zamanı istifadə etməyin. Gəzəngi balı ölümcül təhlükəlidir.
Bəziləri elə hesab edirlər ki, rəng, dad, yaxıcılıq, arıların balı möhürləməməsi əlamətinə görə balda gəzənginin olmasını müəyyən etmək olar. Lakin bu, heç də belə deyil. Gəzəngi maddələri tərkib və xüsusiyyətlərinə görə müxtəlif olur. Əksər hallarda, gəzəngi maddələri ilə olan bal tünd olur, bəzən isə açıq da ola bilər, bəzi hallarda gəzəngi bərkiyə bilər, digər gəzəngi balları isə tez bərkiyir. Çox vaxtı yüksək keyfiyyətli çiçək balı kimi arılar gəzəngi maddələri ilə qarışığı olan balı həvəslə möhürləyir. Ona görə də xarici əlamətlərə əsaslanaraq balın gəzəngiliyini müəyyən etmək olmaz, yalnız kimyəvi yolla reaksiyalar vasitəsi ilə balın keyfiyyətini yoxlamaq olar.
16.1.3. Gəzəngi balı və onun müəyyən edilməsi
Bəzən arılar şanlarda gəzəni balı möhürləmir. Gəzəngi balının çiçək balında olduğu kimi qoxusu olmur, ağız suyu ilə pis qarışır və dilə tez yapışmır, ona görə də təbii arı balına nisbətən gəzəngi balı az şirin olur (Şəkil 16.4).
Bir çox hallarda gəzəngi balı tünd-şabalıdı rəngdə və çiçək balına nisbətən daha qatı və çox yapışqan olur. Möhürlənmiş balla olan şanlara baxış keçirilərkən gəzəngi balı çiçək balından kəskin şəkildə rəngə görə fərqlənir.