16. Əsas payız yoxlanışının keçirilməsi
Arılar qışlamaya hazırlanmamışdan əvvəl arı ailələrinin əsas payız yoxlanışı keçirilir ki, mövcud olan çatışmazlıqlar aşkar edilsin və aradan qaldırılsın. Arıların bal ehtiyatı ilə təmin olunmasına xüsusi diqqət yetirmək lazımdır, qışa gənc arıların sürətlə yetişdirilməsi üçün şərait yaradılmalı və nəhayət, arı ailələrinin yuvaları hazırlanmalıdır.
Bal yığımından dərhal sonra əsaslı şəkildə arı ailələrinə baxış və ya yaz yoxlanışı kimi vacib sayılan əsas payız yoxlanışı keçirmək lazımdır.
Əsas payız yoxlanışının keçirilmə vaxtı yığımın yerli şəraitindən asılıdır. Bir çox yerlərdə bu yoxlanışı avqust ayının birinci yarısı, bəzən sentyabr ayında keçirmək lazım olur.
Əsas payız yoxlanışını keçirərkən ailənin gücü və ananın keyfiyyətinə diqqət yetirmək lazımdır. Hazırda 11-12 çərçivə tam arılarla əhatə olunduqda ailələr güclü hesab olunur. Orta ailələr isə bu gün 9-10 çərçivəni əhatə edir.
Arıxana jurnalı və ya ailənin qeyd kitabında aşağıdakıları dəqiqləşdirin və qeyd edin:
Ailədə aşkar olunan əsas çatışmazlıqları aradan qaldırın. Yoxlanışdan sonra yuvalarda qışa hazırlıq vaxtına yaxın çatışmazlıqlar aradan qaldırılır.
Ananın keyfiyyətinə xüsusi diqqət yetirin. Hər bir ailədə 2 yaşdan çox olmayaraq ana olmalıdır. Tələblərə cavab verilməyən, əsasən də gənc, mayalanmamış anaların kiçik ailədən götürülən gənc mayalı analarla əvəz edilməsi lazımdır.
Yemin keyfiyyəti və kəmiyyətini müəyyən edin. Qış-yaz vaxtı yem çatışmazlığı olduqda və yuvada gəzəngi balı aşkar olunduqda onu çıxardın və ailəyə yüksək keyfiyyətli bal, şəkər şərbəti və ya su ilə qarışdırılan bal (üç hissəsi bal, bir hissəsi su) verin (Şəkil 16.1).
Yemi axşam vaxtı bir dəfəyə 3-4 kiloqram verin.
Bütün pətəklərdən artıq, arıların olmadığı çərçivələri çıxardın, eyni zamanda da ailənin gücünü müəyyən edin. Yuva qısaldıqda 2 kiloqramdan az olan bal çərçivələri, həmçinin axıra kimi hörülməyən, ümumiyyətlə təzə hörülən və əsasən də sürfə ilə olan şanları ilk növbədə çıxardın. Əgər hələ də sürfə qalıbsa, çıxarılan şanlar yuvanın küncünə yerləşdirilir.