Nəzəri biliklərin qiymətləndirilməsi
Test 15
Sual 1. Qışlama yerlərində hansı temperatur olmalıdır?
A) Mənfi 10 dərəcə Selsi;
B) Müsbət 10 dərəcə Selsi;
C) 0 dərəcə Selsi;
D) 0-4 dərəcə Selsi.
Sual 2. Hansı temperaturda arılarda qışlama zamanı susuzluq yaranır?
A) Mənfi 4 dərəcə Selsi;
B) Mənfi 2 dərəcə Selsi;
C) Müsbət 4 dərəcə Selsidən yuxarı;
D) 0 dərəcə Selsi.
Sual 3. Ailə bütün qışlama dövrü ərzində nə qədər bal yeyir?
A) 5-6 kiloqram;
B) 9 kiloqram;
C) 10 kiloqram;
D) 7-8 kiloqram.
Sual 4. Ailə 1 kiloqram baldan istifadə etdikdə nə qədər su buxarı ayırır?
A) 800 qram;
B) 700 qram;
C) 500 qram;
D) 600 qram.
Sual 5. Ailədə qışlama dövründə 5-6 kiloqram baldan istifadə edildikdə nə qədər su buxarı ayrılacaq?
A) 3800-4000 qram;
B) 3200-3400 qram;
C) 3000-3500 qram;
D) 3500-4200 qram.
Sual 6. Əgər qışlama yerində100 arı ailəsi qışlayırsa, nə qədər su buxarı ayrılacaq?
A) 350-420 kiloqram;
B) 300-320 kiloqram;
C) 280-300 kiloqram;
D) 300-350 kiloqram.