Qışlama yerlərində bir giriş olur. Pilləkənlərin eni 1 metrə yaxındır, dəhliz təkdivarlı olur. Qapılar cüt, qapının arasında kiçik dəhliz olur.
Qışlama yerinin divarlarında qapıya əks olan küncdə qapı kimi lyuklar olur və bunları qapıda olduğu kimi bütün yay boyu açıq saxlayırlar ki, qışlama yeri havalandırılaraq qurusun.
Payızda lyuklar bağlanılır və istiləşdirici materiallar, sonra isə qumla örtülür.
Qışlama yerlərinin tavanı 20-25 santimetr qalınlığı olan gilli palçıqdan (çınqıllı palçıq) hazırlanır. O, qışlama yerini nəmişlikdən yaxşı qoruyub saxlayacaq.
Palçıqdan hazırlanmış altlığa ələkdən keçirilmiş quru qum tökülür, o da gəmiricilərin yuvaya keçməsinə mane olur. Yayda qumu gündə qurudurlar.
Ventilyasiya boruları 40-45 millimetr qalınlığı olan quru taxtalardan hazırlanır, yarıqların ventilyasiyaya təsir göstərməməsi üçün küncdə olan borulara suvaq vurulur.
Ventilyasiya borularının çöl və çardaq hissələrini ikiqat (cütdivarlı) əyir və üzərinə istiləşdirici materiallar örtürlər.
Ventilyasiya borularının ayırıcı yarıqlarının üzərinə çöldən qapaq və ya örtük qoyulur, bu da yarıqları yağış və qardan qoruyur.
Ventilyasiya borusunun hava çəkən yarığı dəhlizə çıxarılır. Ora gəmiricilərin keçməməsi üçün onu metal torla bağlayırlar.
Hava borusu və hava çəkən borularda siyirmələr olmalıdır, məhz onların köməyi ilə havanın tənzimlənməsi üçün yarıqlar böyüdülür və ya kiçildilir. Onları elə uyğunlaşdırmaq (qurmaq) olar ki, yarıqlar tam və ya qismən qapalı olsun.
Qışlama yerinin qapağını elə hazırlayırlar ki, qapaq qışlama yerinin ətrafında, yer səthinin üzərindən sallana bilsin.
Yağış və qar suyunun axması üçün qışlama yerinin ətrafında arx tikilir.
15.3. Qışlama yerinin seçilməsinə dair tələblər
Qışlama yeri bünövrəsindən elə tikilir ki, orada nərdivandan istifadə olunmur. Bununla da qışlama yerlərinə arıların yerləşdirilməsi, həmçinin də pətəklərin arıxana yerlərinə çıxarılması işi yüngülləşir.
Qışlama yerləri daşqın zamanı su ilə basılan alçaq yerlərdə tikilmir.
Qışlama yeri arıxanada tikilir, lakin əgər qışlama yerini bir neçə arıxana və ya arıxana yerlərindən istifadə edilərsə, onda onun arıxanaların yerləşdiyi yerin mərkəzində tikilməsi lazımdır.
Qışlama yeri küləkdən təbii qorunan yerlər, dağ, meşə qoruyucuları şəraitində tikilir. Təbii qoruma olmadıqda qışlama yeri hündür hasarla çəpərə alınır.
Qışlama yerini hamam, digər qızdırılan yerlərə yaxın tikmək olmaz. Yanğına görə onun bu cür yerləşdirilməsi təhlükəlidir.