Nəzəri biliklərin qiymətləndirilməsi
Test 14
Sual 1. Arılar harada qışlayır?
A) Pətəkdə;
B) Arıxanada;
C) Çöldə;
D) Çöl və otaqda.
Sual 2. Qışlama yeri temperatur və nəmişlik baxımından necə olmalıdır?
A) Soyuq və quru;
B) İsti və rütubətli;
C) İsti və quru;
D) Orta səviyyədə.
Sual 3. Arıların qışlamasını harada keçirmək daha yaxşıdır?
A) Qışlama yerində;
B) Açıq havada;
C) Xəndəkdə;
D) Hər üçündə.
Sual 4. Qışda arılar harada baldan daha çox istifadə edir?
A) Çöldə;
B) Qışlama yerində;
C) Hər ikisində;
D) Pətəkdə.
Sual 5. Pətəkləri qışlama yerinə hansı hava şəraitində köçürmək məsləhətlidir?
A) Quru havada (mənfi 1-3 dərəcə Selsidə)
B) Yağış, qar-çovğunda;
C) Günəşli havada;
D) İsti havada.
Sual 6. Arıları qışlama yerinə salmamışdan əvvəl istiləşdirici materialları çıxarmaq lazımdırmı?
A) Lazımdır;
B) Lazım deyil;
C) Əlavədə qoymaq lazımdır;
D) Yan hissəni çıxarmaq lazımdır.