-
Arıçılığın müvəffəqiyyətinin açarı sayılan arıların qışlamasını təşkil etməyi öyrənin.
-
Arıların yaxşı qışlaması və yaza güclü çıxması üçün ailələri gənc, yüksək keyfiyyətli analarla
təmin etməyi öyrənin.
-
Tarixi mənbələrə əsaslanaraq arıların ağac oyuqlarında yaşaması, əhlilləşdirildikdən sonra
da o tipdə yuvalarda çöldə qışlamalarına diqqət edin.
-
Həmin yuvalarla müasir, istilik verilməsi mümkün olan pətəkləri və çox soyuq olan yerlərdə
qışlama üçün tikilən qışlama yerlərini müqayisə edin və keyfiyyət fərqinə diqqət edin.
-
Tarixi inkişafı nəzərə alınaraq arıların çöl, qışlama yerləri və xəndəklərdə (çuxurlarda)
qışlamasının üsullarına diqqət edin.
-
Canlı ağacın oyuğunda arıların qışlaması ilə bağlı professor Seselskinin fikirlərinə diqqət
edin.
-
Ölkəmizdə qışın qeyri-müəyyən keçməsi, temperaturun tez-tez dəyişməsi, çöldə qışlayan
arıların tələfatına səbəb olmasına diqqəti artırın və gələcək fəaliyyətinizdə bunu nəzərə alın.
-
Çöldə qışlayan arıların yeminin düzgün hesablanması, soyuq vaxtı arıların yemdən daha çox
istifadə etməsinə (az olduqda ölümlə nəticələnmə) diqqət edin və gələcək işinizdə nəzərə
alın.
-
Oxuduğunuz məlumatlara əsaslanaraq qışlama yeri ilə arıxana yerində qışlayan arıların
yazaçıxma effektivliyinə diqqət edin.
-
Arıları qışlama yerinə köçürməyin üsullarını öyrənin.
-
Arı pətəklərinin qışlama yerlərinə yerləşdirilməsini öyrənin.
-
Qış topasında arıların yerləşdirilməsini öyrənin.
-
Qışda havanın temperatur və rütubətinin arıların həyatına təsirini öyrənin
-
Qışda arı ölümünün qarşısının alınması haqqında məlumatlar əldə edin.
- Qışlama yerində temperatur və nəmişliyin tənzimlənməsi ilə bağlı biliklərə yiyələnin və
gələcək fəaliyyətiniz üçün diqqətinizdə saxlayın.
- Qışda arı ailələrinə baxış keçirməyin yolunu öyrənin.
-
Qışda arıların kütləvi uçuşunun necə keçirilməsini öyrənin və zərurət yarandıqda həyata
keçirin.