14.9. Qışda arıların kütləvi uçuşu
Arılar çöldə qışlayarkən sakit günəşli günlərdə bəzən qışda da uçur. Uçuş zamanı arılar nəcisdən azad olur və hətta davamlı payızda da yaxşı qışlaya bilir.
Qışlama yerində qışlayan arıların qışda uçmaq və nəcisdən təmizlənməyə imkanları olmur.
Əgər hər hansı bir səbəbdən arıların qışlaması zamanı qışlama yerində onların bağırsaqları dolursa, bu, ishala səbəb olur. Çox ishaldan arılar ölə bilər. Bunun qarşısını almaq məqsədi ilə arıların qışlaması üçün vaxtı-vaxtında şərait yaratmaq lazımdır.
Qışda ishala səbəb, həmçinin aşağı və ya yüksək temperatur, arıların təlaşlanması, davamlı qış dövrü, əsasən keyfiyyətsiz yem və nozematoz (qış ishalı) səbəb ola bilər. İshallar hər arı ailəsi, hətta ailədə də çoxlu arıların ölümünə səbəb ola bilər.
İshalın nəticələrini aradan qaldırmaq üçün çox erkən uçuş üçün şərait yaradın. Bu, yazqabağı çöl və ya gün işığında otaq və ya elektrik işıqlanma zamanı otaqda kütləvi uçuş ola bilər (“Qışlama yerindən çıxarılmazdan əvvəl arılara qulluq olunması” təlim nəticəsinə bax.).
İshal zamanı əvvəl ishal az, sonra ağır formada olur və pozulmuş hala çevrilir.
Kiçik ishal onunla səciyyələnir ki, az sayda arılar nəcisdən azad olur və şanlarda balaca damcılarla iz saxlayır. Kiçik ishal zamanı arılar çoxlu vızıldamır. Güclü ishal zamanı bir çox arılar nəcisdən təmizlənərək iri damcılarla nəcisi şanların üzərində saxlayır, pətəkdən iy gəlir, arılar çox vızıldayır, pətəkdən çıxır və uçuş taxtası, pətəyin divarı və bacanın yanında nəcisdən azad olur.
İshal pozulmuş formaya keçdikdə əksər vızıldayan yox, “sızıldayan” arılar ishaldan təmizlənir, çünki onların qanadları nəcisə yapışıb pətəkdən pis iy gəlir, orada çoxlu ölü arı olur, pətəyin divarları və şanları isə nəcislə çirklənmiş olur.
İshal yarandığı zaman onun qarşısı dərhal alınmalıdır. Adi ishaldan başqa, qışda arılara yoluxucu ishal - nozematoz daha çox zərər verir.
Yoluxucu və keçici ishallarla mübarizəyə qarşı qışda kütləvi uçuşlardan istifadə edirlər.