Mütəmadi olaraq arıların vəziyyətini öyrənmək üçün onlara qulaq asın. Bunu rezin borunun köməyi ilə eləyin (1 santimetr diametrə kimi), onun bir ucunu baca, digərini isə qulağınıza salın (Şəkil 14.8). Arıları eşitməsəniz, barmağınızla yavaş-yavaş pətəyə vurun və arıların necə reaksiya verəcəyinə qulaq asın (zərurət olmadıqda pətəyə vurmaq olmaz). Bu səsə arılar vızıldasa və dərhal sakitləşsə, bu o deməkdir ki, ailədə hər şey yaxşıdır, əgər həmin an arılar səs salmasa, sonra isə uzun müddət vızıldasa, bu, ananın olmaması və ya arıların ishalla xəstələndiklərinin əlamətidir. Quru yarpaq və ya samanın xışıltısına oxşar sakit, uzun davam edən səs yemin olmamasını təsdiqləyir. Ailədə səsin səbəbini müəyyən etdikdən sonra dərhal arılara köməklik göstərmək lazımdır.
14.8. Qışda arı ailələrinə baxış keçirmək
Qışda ailəyə baxış keçirilməsinə zərurət yaranır (Şəkil 14.9).
Arıların uçmaması üçün pətəkləri soyuq yerə keçirdin, arılara soyuq olduqda onlar hamısı topaya yığışacaq.
Pətəkləri açın, həsirlər və ara taxtasını ehtiyatla çıxardın.
Çərçivələrin altından pətəyin altlığına ölçüləri altlıqla uyğun gələn və küncləri yuxarıya əyilmiş karton qoyun. Çərçivələrin küncləri ilə pətəyin divarı arasından kardon çıxmalıdır.
Çərçivələri 2-3 santimetr məsafəyə bir-birinin ardınca qırağa çəkin, həmçinin ailənin vəziyyəti və yem ehtiyatını yoxlayın.
Ailəyə baxış keçirildikdən sonra çərçivələri yerinə yığın. Çərçivələri şanlardan çıxardıb yerə qoyarkən kardona az sayda arı düşür.
Yuva qurulduqdan sonra kardonu çıxardın, üzərindən arıları topa olduğu çərçivələrə sirkələyib tökün. Düşən arılar topaya birləşəcək.
Pətəyin üstünü örtün və qışlama yerinə salın.
Pətəyi açın və arılar ac və ya yem keyfiyyətsiz olduğu halda onun üzərindən tavan altlığını götürün. Arılar çərçivə aralığından çıxmağa başladıqda onları şərbətlə çiləyin ki, arılar bir-birini yalasın. Bundan sonra çərçivələri bir-birinin dalınca çıxardın, onlara baxış keçirin, əgər yem xarab olubsa, onları şərbətlə olan çərçivələrlə əvəz edin.