Arı ailələrinin sayı müəyyənləşdirilərkən arıçılığın aparılma qaydaları, pətəklərin sistem və konstruksiyası, qışlama zamanı üçün saxlanması əlverişli sayılan ehtiyat arı, ana arılarla olan kiçik ailələrin (ailəciklərin) sayı nəzərə alınmalıdır.
Bir çox arıxanada hər il 20-30 faiz və daha çox əsas arı ailəsindən alınan beçələr əmələ gətirirlər. Arıxanalarda qışlamaya gedən arı ailələrinin sayının orta hesabla 10 faizi qədər kiçik ailələr saxlayırlar. Əsas bal yığımı zamanı kiçik ailələrin yerləşdirilməsi yolu ilə alınan beçələri orta arı ailələrinin sayına çatdırır və onları yem bazası ilə təmin olunan arıxanaların siyahısına daxil olunan ailələrə aid edirlər.
Arıçının qulluq etdiyi ailələrin sayı coğrafi yerləşmə və yerli bal yığımı şəraitindən asılıdır. Çöllükdə arıçı arı ailələrinə orta normadan çox, meşəlikdə isə orta normadan az qulluq edir.
Hər ailədə 30 kiloqramdan az bal yığımı olduqda sayı 70 ailədən az olan arıxanada balın maya dəyəri satış qiymətindən çox olur və bu cür arıxanalar sərf etmir.
Digər nöqteyi-nəzərdən isə arıxanalarda 90-100 arı ailəsi olan yerdə balın maya dəyəri, həmçinin yüksək olur. Bu, onunla izah olunur ki, arıxana yerində arı ailəsi çox olduğundan bal yığımı aşağı olur. Əlavə yerlər təşkil edərək bu cür yerləri azaltmaq və ya arı ailələrini bir neçə yerdə yerləşdirmək lazımdır.
1.3. Arıxanalarda arı ailələrinin (avadanlığının) meşə zolağında yerləşdirilməsi
Arıxanalarda, əsasən beçələrdən alınan ailələr arı ailələri ilə yerləşdirilir. Arı ailələrinin artımı bioloji cəhətdən mümkün və təsərrüfat baxımından tam hesab olunur.
Aparılan elmi tədqiqat işləri və təcrübələr təsdiqləyib ki, arıçılıq mövsümü ərzində süni beçələri yaratmaq yolu ilə güclü arı ailəsindən üç-beş, hətta on arı ailəsi almaq mümkündür. Bu cür artım çoxlu sayda hörülmüş şanlar, həmçinin mövsüm boyu (davamlı yığım) onların bərpası üçün əlverişli şərait olduğu təqdirdə mümkündür.
Bu cür hallarda artım hesabına yaranan arı ailələrində ilin sonuna kimi hörülmüş yuva şanlarının tam komplekti olacaq, növbəti ilin əsas bal yığımının başlanmasına kimi isə bal ehtiyatlarının yığılması üçün şanlar da hazır olacaq.
Ümumilikdə, yuvalarda hər ailəyə yatıq pətəklərdə 20-dən, çox gövdəli pətəklərdə isə 30-dan az olmamaq şərti ilə şan çərçivəsi olmalıdır, əks təqdirdə əsas yığım zamanı ailə çox bal yığa bilməyəcək (Şəkil 1.6 və Şəkil 1.7).
Yeni yaranan arı ailələrində şan çərçivəsi komplekti yoxdursa, artım tam olmur. Bu cür ailələr növbəti il pətəkdə olan komplekti tamamlamaq məqsədi ilə şan çərçivələrini bərpa edəcək və şanlarla təmin olunan əsas arı ailələri ilə bərabər məhsul verməyəcək.