Ana topanın mərkəzində olur.
Əgər pətəyin çölündə temperatur sıfırdan aşağıdırsa, arı topası daha çox sıx yerləşir və yemdən çoxlu istifadə edir. Topanın mərkəzində arılar sürətlə qanadları, ayaqları və qarıncıqları ilə hərəkət edir, bunun nəticəsində topada temperatur artır və arıların güclü vızıltısı eşidilir.
Əsasən qışın ikinci yarısında temperatur topada müsbət 34-35°C-yə kimi yüksəlir, çünki məhz bu vaxt yuvada sürfə olur və arıların həyat fəaliyyəti artır.
Havanın temperaturundan asılı olaraq arı topasının həcmi, yemdən istifadəsi və topanın temperaturu artır və ya azalır.
Həm aşağı, həm də çox yüksək temperatur zamanı arılar yemdən çox istifadə edir. Bunun nəticəsində arılarda ishal yaranır və çoxlu ölü arı olur.
Pətəyin çölündə olan nəmişlik havanın temperaturunun aşağı düşməsi, həmçinin yuvada rütubətin artmasına çox təsir göstərir, bunun nəticəsində isə şanlarda bal qıcqırır, pətəyin altlıqlarında isə ölü arıların sayı artır.
Müşahidələr göstərir ki, qışlama yerində temperatur müsbət 3,5°C-dən çox olmadığı, rütubət isə 70-76 faiz olduğu təqdirdə arılar yemdən az istifadə edir, həmçinin orada ölü arılar və ishal çox olmur.
14.3. Qışda arı yuvasının havalandırılmasının mahiyyəti və onun quruluşu
Arıların qış topasında ventilyasiya yaradın, yəni arılar topada oturur, öz yuvalarını havalandıra bilmir, həmçinin karbon qazı və artıq nəmişliyi çıxarda bilmir. Arıçılıq təsərrüfatlarının məlumatlarına əsasən ventilyasiyasız yuvalarda qışlayan ailələrdə yuvada lazımi ventilyasiyası olan ailələrə nisbətən arılarda nəcis 45 faiz, ölü arıların sayı isə 165,7 faiz çox olur.
İki tavan taxtasında taxtanın küncündə 5-8 santimetrlik məsafəsi olan yarıqlar açın.
Yarıqlara ana qovuqcuqlarının üzərində eyni olan qalaylanmış toru vurun. Bu yarıqlardan havalandırılmaq, zərurət yarandıqda isə arıların yemlənməsi üçün istifadə olunur.
Ventilyasiya yarıqları olan tavanın taxtalarını yuva, arı topasının üstünə elə qoyun ki, havatəmizləyənlər ön divarlara yaxın olsun.
Havatəmizləyənlərin dərinliyinə saman yarması olan yastıqça qoyun.
14.4. Qışda arı ölümünün qarşısının alınması
Yay və yazın sonunda işləməkdən yorulan yaşlı arılar qışda topadan ayrılır və pətəyin altlığına düşür, bunun nəticəsində isə ölü arılar yaranır. Onların bəziləri bacadan pətəkdən çıxır, yerə düşür və ölür. Düşən arıların əksəriyyəti pətəyin altlığında ölür.
Qışın birinci yarısı ölü arılar çox olur, ikinci yarısı isə az olur, çünki bu dövr yuvada sürfə və arılar fəal olur.
Qışda arıların ölməsinə təsir göstərir: