Şəkil 14.5. Arıların qışlaması üçün təyin olunmuş təsərrüfat tikilişi
1 - Sorucu boru;
2 - 10-1 santimetrlik torpaq layı;
3 - Künclərin istiləşdirilməsi;
4 - İstiləşdirici örtük;
5 - Üzlük;
6 - 10-1 santimetrlik quru qum layı;
7 - Borunun yerdə olan qolu.
Topanın yuxarı və arxa küncləri tərəfindən örtülən balı arılar qızdırır və aşağı hissə, tədricən möhürlərdən açır (qapaqlarını didir).
Möhürdən açılmış bal arılarının ayırdığı su buxarının udulması hesabına durulaşır. Bal durulaşdıqdan sonra arılar lazımi miqdarda ondan istifadə edir.
Nümunəvi enli çərçivəsi olan pətəkdə arıların topası oval formasında olur. Bir-birinin yanı və qismən qovuqcuqlarda çox sıx yerləşən arı topasının üst layı topanın ətrafında uzun müddət istiliyi özündə saxlayan örtük yaradır. Xitin qabığı və onun üzərində olan tüklər arıların üst layından istiliyi pis keçirdir. Ona görə də arı topası yuvanın boş hissələrinin qızdırılmasına çox az istilik verir. Qışda arı topasında temperatur müsbət 14-250C arası dəyişir. Topanın mərkəzində temperatur müsbət 20°C və çox olduqda pətəkdə arı topasından bir neçə santimetr məsafədə temperatur 120C-yə yaxın təşkil edir.
Topanın üst layında olan arılar sıx oturur və alt layda olan arılardan az istilik verir. Alt layda olan arılar sıx yerləşmir və qanadlar, ayaqlar, qarıncıqlar, bütün əzələlərin hərəkətləri ilə istilik verir. Şanın aşağı hissəsində arılar başları ilə altlığa doğru boş, balsız qovuqcuqlara keçir. Məhz bu səbəbdən onlar şanın əks tərəfində qovuqcuqlarda yerləşən arılara çox yaxın olur.
Arı topasında olmayan arılar ilk baxımdan, sanki oturaq vəziyyətdə olur, əslində isə onlar tədricən topanın mərkəzində olan arıları çölə çıxardaraq görünmədən topanın mərkəzi və yuxarı hissəyə bala doğru hərəkət edir.