Qışlama yerinin tikilməsinə sərf olunan xərclər arıların çöldə qışlaması zamanı istifadə etdiyi çoxlu balın dəyərindən bir xeyli az olacaq.
Bundan başqa, arılar çöldə qışlamaya nisbətən yaxşı qışlama yerində az zəif olur, həmçinin orada yuvalar quru və kiflənməmiş olur. Beləliklə, təsərrüfat yaxşı təchiz olunmuş qışlama yeri ilə təmin olunmalıdır.
14.1. Arıların qışlama yerinə köçürülməsi
Arılarla olan pətəkləri quru havada mənfi 1-30C temperaturda qışlama yerinə gətirin. Yağış və ya sulu qar yağanda arıları köçürməyin, çünki nəm pətəklər qışlama yerində havanı rütubətləndirir və şişir:
Qışlama yerində temperatur müsbət 3-40C olduqda yuxarı və yan həsirləri çıxardın;
Şəkil 14.4. Pətəkləri daşımaq üçün müxtəlif arabalar
14.2. Arılar olan pətəklərin qışlama yerlərində yerləşdirilməsi (Şəkil 14.5)