Qışlama zamanı arıxana yerində yem çatışmazlığı səbəbindən bütöv arıxananın öldüyü, həmçinin də arıların balda donduğu hallarına rast gəlinib. Çöldə qışlayan arılara əlavə yem olaraq kek vermək olar. Yemin (kekin) miqdarı 1000-2000 qram arasında ola bilər (Şəkil 14.3). Bu işi arıçı çox ehtiyatla etməlidir (arıları narahat etmədən).
Şəkil 14.3. Arının qışda çöldə yemləndirilməsi
Arıların həyatını qoruyub saxlamaq üçün lazımi temperaturu olan yerlərdə pətəkləri saxlamaq lazımdır. Qışlamanın müxtəlif üsulları yarandıqdan sonra arıçılarda sual yarandı: hər üsul zamanı arılar nə qədər yemdən istifadə edir. Müşahidənin nəticələri aşağıdakı kimidir:
Bəzilərinin söylədiyinə görə çöldə qış ərzində 1-2 kiloqram, qışlama yerində isə 6,1 kiloqram bal sərf olunur.
Arıçılıq təsərrüfatlarının göstəricilərinə əsasən qış ərzində arılar arıxana yerində 10, qışlama yerində isə 7 kiloqram baldan istifadə etdi.
Aparılan təcrübələr göstərir ki, qışlama zamanı arıxana yerinə nisbətən arılar qışlama yerində yemdən 18 faiz az istifadə edib, ölmüş arılar 22 faiz az, ishal olan ailələrin sayı 75 faiz az, ailələrdə nəm yuvaların sayı arıxana yerinə nisbətən 75 faiz az, sürfələrin sayı hər iki yerdə bərabər, qışlama yerində qışlayan ailələr yaz yığımlarından balı 17 faiz çox olub.
Arılar yazda ona görə çox bal yığıb ki, qışlama yerində qışlayan arılar arıxana yerində qışlayan ailələrə nisbətən çox yaşayıb.
Çuxurlarda arılar qışlayarkən qışlama yerinə nisbətən yemdən 10 faiz çox istifadə edir, ölmüş arıların sayı 88 faiz, rütubət isə 98 faiz çox olur.
Arıçılıq təsərrüfatlarının tədqiqatı məlumatlarına əsasən qışlama zamanı arılar qışlama yerində arıxana yerinə nisbətən yemdən 45 faiz az istifadə edib, ölmüş arılar 75-80 faiz az, bağırsaqlarında nəcisin yığılması 50 faiz az olub. Qışlama yerində qışlayan ailələrdə arıxana yerində qışlayan ailələrə nisbətən sürfə çox, lakin bir müddətdən sonra sürfənin sayı hər iki qrupda bərabər olub. Beləliklə, müşahidələrə əsasən arılar qışlama yerində çöl və çuxurlara (xəndəklərə) nisbətən yemdən az istifadə edir və yaxşı qışlayır.
Arıların qışlama yerində qışlamanın iqtisadi effektivliliyi çöldə olan qışlama ilə müqayisədə çox böyük olur. Çöldə qışlama zamanı qışlama yerinə nisbətən bir arı ailəsi baldan əvvəlki bütün göstəricilərə görə orta hesabla 3-4 kiloqram çox istifadə edir. Ona görə də 300 ailəyə kimi olan böyük arıxanada çöldə qışlama zamanı hər il 900 kiloqram baldan artıq istifadə olunacaq. Yaxşı hazırlanmış qışlama yeri isə 20 ildən az olmayaraq qalacaq və orada arıların qışlaması zamanı 18 ton bala qənaət olunacaq.