Beləliklə, bal yığımı üçün məhsuldar hesab olunan ildə arı ailəsindən 20 kiloqram satış balı əldə etmək üçün yem bazasının ümumi nektar ehtiyatı hər ailədə orta hesabla 110 kiloqram olmalıdır. Nektarın yarısı hesablanmır.
Arıxanaların məhsuldarlığı arı ailələrinin yerləşdiyi yerdə onların sayından asılıdır. Arıxana yerinin düzgün ölçüsü aşağıdakı parametrlərə uyğun müəyyən edilir: bir arı ailəsinin ümumi bal yığımı, 1 sentner balın maya dəyəri və arı ailələrinin saxlanmasına sərf olunan xərclərin məbləği ilə.
Son beş ildə üç məhsuldar bal yığımı ili ərzində ümumi bal yığımı yüksək olarsa, onun maya dəyəri aşağı olarsa, həmçinin arı ailələrinin saxlanılması üçün sərf olunan xərclər çox olmazsa, o zaman yerin ölçüsü düzgün müəyyənləşdirilib.
Ümumi bal yığımı yem bazasının olması və onun təkmilləşdirilmə imkanları, bir yerdə olan arı ailələrinin sayı, qonşu arıxanalarda olan arı ailələri, ailələrin bal yığımı və irsi amil kimi bal vermələrinə hazırlıqlı olduqlarından asılıdır, irsi amil isə öz növbəsində arılarla damazlıq işinin aparılmasından asılıdır.
Yüksək nektarlı bitkilərlə zəngin olan çoxlu sahələr olduğu təqdirdə arıxana yerində az ailə yerləşdirilirsə, bir arı ailəsinin bal yığımı, yüksək olar, lakin artıq bir arı ailəsinin saxlanmasına sərf olunan xərclər artır, bal və digər məhsulların maya dəyəri bir qədər yüksəlir. Bir yerdə çoxlu arı ailəsi saxlanılırsa, onda bir arı ailəsinin saxlanılmasına çoxlu xərc çəkilməyəcək, lakin arıxanada ümumi bal yığımı azalacaq. Bütövlükdə ümumi bal yığımı çox olduğu halda arıxanalarda ailənin saxlanılmasına az xərc çəkilirsə, balın maye dəyəri də aşağı olur. Bu, balçılıqtozlanma istiqamətli olan arıxanalara xas olan xüsusiyyətdir.
Arıxananın gəlirli olması üçün onun məhsuldarlığı, arıçıların qulluq etdiyi arı ailələrinin sayını maksimum səviyyəyə kimi artırır, arı ailələrinin saxlanması üçün isə xərclər, həmçinin tozlandırılan kənd təsərrüfatı bitkiləri məhsulunun dəyərinin xərclərini minimuma çatdırır (Şəkil 1.4).
Arıçı çoxlu sayda arı ailəsinə qulluq etdikdə onların baxım səviyyəsi aşağı olur, ona görə də çox vaxt yüksək bal yığımı almaq olmur. Bu cür arıxanalar tozlamaya yaxşı hazır olur, lakin arılar balı yalnız qışlamaları üçün lazımi ölçüdə yığır.
Təcrübə göstərir ki, yaxşı yem bazası olan bölgələrdə bir arıxana yerində zonadan asılı olaraq 60-80, orta hesabla isə 70 arı ailəsi saxlamaq məqsədəuyğun hesab olunur (Şəkil 1.5).
Yalnız iri nektarlı bitki massivləri olan ərazilərdəki arıxana yerlərində arı ailələrinin sayını 80-ə kimi artırır, lakin əsas bal yığımı zamanı ailələri iki yerdə yerləşdirirlər.