Nəzəri biliklərin qiymətləndirilməsi
Test 13
Sual 1. Arıçılıq təsərrüfatının yem bazasını qurmaq üçün nə etmək lazımdır?
A) Ağac əkmək lazımdır;
B) Ot əkmək lazımdır;
C) Çiçək əkmək lazımdır;
D) Tənzimlənən konveyer prinsipi qurulmalıdır.
Sual 2. Arılar başqa bitkilərə nisbətən qırmızı yoncanın üzərinə neçə faiz daha çox qonur?
A) 20-25 faiz;
B) 18-20 faiz;
C) 15-16 faiz;
D) 20-22 faiz.
Sual 3. Faseliya nəyə yarayır?
A) Nektar və ot üçün;
B) Ot üçün;
C) Nektar üçün;
D) Yaraşıq üçün.
Sual 4. Xaşanı hansı bitki ilə əkmək olmaz?
A) Zəncirotu ilə;
B) Qırmızı yonca ilə;
C) Faseliya ilə;
D) Kəklikotu ilə.
Sual 5. Növbəli əkini hansı bitkilərlə zənginləşdirmək lazımdır?
A) Müxtəlif otlarla;
B) Arpa ilə;
C) Balverən bitkilərlə;
D) Buğda ilə.
Sual 6. Balverən otları nədən sonra əkmək məsləhətdir?
A) Buğda və çovdardan;
B) Noxuddan;
C) Arpadan;
D) Qarğıdalıdan.