-
Balverən bitkilərin əkilməsi
|
-
Yığımsız vaxtda arıların yığımla məşğul ola
bilmələri üçün arıxanaya yaxın olan ərazilərdə
balverən bitkilərin əkilməsini diqqətinizdə
saxlayın.
-
Bütün yaz-payız dövrü ərzində arıları fasiləsiz
yığımla təmin etmək üçün çiçək-nektar
konveyerinin əhəmiyyətini öyrənin.
-
Nektar gətirən bitkilərin əkini üçün
torpaqların yararlılığı, becərilməsi və
aqrotexnika üçün yararlılığına diqqət edin.
-
Balverən bitkilər əkiləcək sahələrin
gübrələnməsinə (fosfor və kalium) diqqəti
artırın.
-
Əkin yerlərini hazırlayarkən təbii və iqlim
şəraitini nəzərə alın.
|
-
Birillik və ikiillik balverən bitkilərin
əkilməsi
|
-
Birillik balverən bitkilərin əkini zamanı
yığımsız vaxtda onların çiçəklənməsini nəzərə
alın, ən çətin vaxtda arıların nektar götürə
bilməsinin təmin olunmasına diqqət edin.
- İkiillik balverən bitkilərin (xoşəmbül,
göycəçiçək) çiçəklənməsinin başqa, bitkilərlə
eyni vaxta düşməməsi üçün nəzarət tədbirini
diqqətinizdə saxlayın (qönçə vaxtı biçin ki, üstüstə
düşməsin), bu tədbiri görərkən arıların
bir balverən bitkidən digərinə keçməyə
tələsməməsini diqqətinizdə saxlayın.
- Arıları cır balverən bitki çiçəkləri ilə
yemləyərkən onları nektarla ətirlənmiş şəkər
şərbəti ilə yemləməyi diqqətinizdə saxlayın.
|
-
Ayrı-ayrı bitkilərin əkilməsi
|
-
Ayrı-ayrı yabani bitkilərin təsərrüfat
əhəmiyyəti və fərdi xüsusiyyətlərini öyrənin.
-
Qırmızı yonca və faseliya bitkilərinin əkin və
becərilmə xüsusiyyətlərini öyrənin.
-
Növbəli əkinləri balverən bitkilərlə
zənginləşdirməyi diqqətinizdə saxlayın.
|