-
Arıçılığın yem bazasının əsasını təşkil edən təbii balverən bitkilərlə yanaşı, entomofil kənd
təsərrüfatı bitkilərini öyrənin.
-
Arıları bütün mövsüm ərzində fasiləsiz yığımla təmin etmək üçün çiçək-nektar konveyri
yaratmağın vacibliyinə diqqət edin.
-
Çiçək-nektar konveyeri yaratmağın yollarını (elmi və praktiki cəhətdən) öyrənin.
-
Hansı regionda olmasından asılı olaraq balverən bitkilərin siyahısını tərtib edin.
-
Həmin bitkilərin arıçılıqla yanaşı, heyvandarlıq üçün əhəmiyyətini də öyrənin.
-
Əsas (hər iki sahə üçün əhəmiyyətli) bitkilərin böyük əkin sahələrinin konveyerinin
yaradılmasının təsərrüfat əhəmiyyətini öyrənin.
-
Nə vaxt hansı nektar gətirən bitkiləri əkmək lazım olduğunu dəqiq təyin etmək üçün
arıxananın ətrafında bal florasını ətraflı öyrənin.
-
Balverən bitkilərin yem bitkiləri çalınandan sonra əkilməsinə diqqət edin.
-
Əkilən sahələrin aqrotexnika ilə təmin olunmasına diqqət edin.
-
Əkilən torpaqların məhsuldarlığını artırmaq üçün gübrələrdən istifadə edin.