Nəzərə alın ki, bir balverən bitkidən digərinə arılar işləməyə keçməyə tələsmir. Əgər xəşəmbül və göycəçiçəkdən nektar yığımı dayandırılsa, arılar eyni yerə hətta balverən bitkilər biçildikdən sonra da qayıdır. Arılar vaxtlarını faydasız sərf edərək solmuş çiçəklərdə nektar axtarır. Balverən bitkilərin biçilməsindən bir gün əvvəl faydasız vaxt sərfiyyatının qarşısını almaq məqsədi ilə bitkilərin çiçəklənməsinə göndərilən arıları şərbət və ya digər bitkilərlə yemləmək lazımdır.
Eyni üsulla arıları güclü cır balverən bitkilərdən nektarın yığılmasına göndərirlər. Bu cür halda şəkər şərbətini cökə çiçəkləri ilə ətirləndirirlər.
Arıxanaya yaxın ərazi üçün növbəli əkin sahəsinin sxemini tərtib edərkən və ya orada balverən bitkilərin əkin müddətini müəyyən edərkən arıçı əkin vaxtı və yaxında yerləşən tarlalarda tozlanan balverən kənd təsərrüfatı bitkilərinin çiçəklənmə vaxtı ilə razılaşdırılmalıdır.
Növbəli əkin sxemini elə hazırlayın ki, arılara yaxşı yığım verən yabanı balverən bitkilərin çiçəklənmə dövrü nəzərə alınsın, bunun üçün isə arıxananın arıları tərəfindən istifadə oluna bilən bütün tarlaların balvermə florasını öyrənin.
Əlbəttə, bu gün Azərbaycanda, ola bilər ki, adları sadalanan bitkilər tövsiyə olunduğu kimi əkilmir və nəzərdə tutulduğu kimi istifadə olunmur. Yadda saxlamaq lazımdır ki, bu vəsait sabah üçün hazırlanır. Heç kim deyə bilməz ki, 5-10 ildən sonra kənd təsərrüfatımız, o cümlədən onun tərkib hissəsi olan arıçılıq və onu inkişaf etdirən arıçılarımız işini bu aspektdə qurmayacaq.