Arıçılığın yem bazasını müəyyən dərəcədə təkmilləşdirən və yığımsız vaxtın aradan qaldırılmasına köməklik göstərən tədbir kimi balverən bitkiləri arıxanalar və arıxanaya yaxın olan sahələr, yarğanlar, qobular, rahat yerlərdə əkin və ya əlavə səpin.
Bağça aqrotexnika qaydalarını pozmayaraq bağça cərgəarası balverən bitkiləri əkin.
Arıxanaya yaxın olan ərazilərdən balverən bitkilərin əkilməsi üçün istifadə edin ki, yığımsız vaxtda arılara yığım versin. Bunun üçün iqlim şəraitinə uyğun olan bitki növündən istifadə etmək lazımdır. Buradan məlum olur ki, balverən bitkilər, yabanı və adi bitkilərin arıxanaya yaxın olan yerlərdə seçilməsi və bu bitkilərin əkin vaxtları arıxanaya yaxın olan yerlərin torpaq-iqlim şəraiti, həmçinin yığımsız müddətin başlanması və qurtarılmasından asılıdır.
Arıxanaya yaxın olan sahələrdə faseliya, xəşəmbül, xardal və digər balverən bitkilərin toxumları alınmalıdır (əkilməlidir). Bu, tarla və yem növbəli əkinlərdə təsərrüfatda çiçək-nektar konveyerin təşkilinə köməklik göstərəcək və bununla da bütün yaz-payız dövrü ərzində arıları fasiləsiz yığımla təmin edəcək.
Aqrotexnika bütün əkilən bitkilərin bioloji tələblərinə cavab verilməsi üçün arıxanaya yaxın olan bütün yerləri balverən bitkilərin aqrotexnikası ilə təmin edin. Bu o deməkdir ki, bitki və ya yabanı balverən bitkilərin əkilməsindən asılı olmayaraq daha çox tələbat olan bitkilərin normal artımı və inkişafı üçün lazım olan torpaqlarda aqrotexnikadan istifadə etmək lazımdır.
Nektar gətirən bitkilər əkilən torpaqları yaxşı becərin. Bu, nektar məhsuldarlığını artıracaq. Məsələn, torpaq orta səviyyədə becərildikdə, faseliya 200-300 kiloqram/hektar nektar verəcək, torpaq yaxşı becərildikdə isə bu göstərici 600-700 kiloqram/hektara çatacaq.
Balverən bitkiləri ayrı-ayrı və ensiz yox, enli, cərgəarası əkin ki, sizə torpağı becərməyə kömək etsin, bu isə öz növbəsində bitkilərin yaxşı inkişafı və nektarın yaxşı ayrılmasına köməklik göstərəcək.
Balverən bitkilərin əkin sahələrini gübrələyin, bitkilər bu aqronomik üsulu yaxşı qəbul edir, əsasən də fosfor və kalium gübrələri müsbət təsir göstərir. Enli cərgə üsulu ilə gübrələnmiş əkin sahələrində nektar ayırma 2-3 dəfə artır, həmçinin gübrələnməmiş torpaqlarda olan ensiz əkin sahələrinə nisbətən çox olur.
Hər bir arıxana üçün ayrılıqda növbəli əkini əvvəlcədən düzgün müəyyənləşdirin. Arıxanaya yaxın olan bütün ərazilər üçün növbəli əkinin vahid ümumi sxemini hazırlamaq mümkünsüzdür, çünki iqlim və təbii şərait nəinki bir bölgənin ətrafı, hətta kiçik sahələr, məsələn, çayın iki əks sahilində müxtəlif olur.
Birillik balverən bitkiləri arıxanaya yaxın olan ərazilərdə bir neçə dəfəyə elə əkin ki, onlar hətta yığımsız vaxtda da çiçək açsın. Balverən bitkilərin çiçəklənmə vaxtını hesablamaq çətin deyil. Məsələn, faseliya yaz və yay əkinindən təxminən 50 gün sonra çiçək açır. Çiçəkləmə müddəti 40 gündür, kütləvi çiçəkləmə isə 20 gün davam edir. Xardal əkildikdən 40 gündən sonra çiçək açır, 100 gündən sonra isə yetişir, çiçəkləmə dövrü isə 3 həftə davam edir.
İkiillik balverən bitkilərin (xəşəmbül, göycəçiçək və başqaları) çiçəklənmə dövrünü müəyyən etmək çətindir, çünki onların əkin vaxtı ilə heç bir əlaqəsi yoxdur, onlar mövsümün meteoroloji xüsusiyyətləri və yazın başlama vaxtından asılıdır. Müşahidə olunub ki, onların çiçəklənmə vaxtı digər balverən bitkilərin çiçəklənməsi ilə üst-üstə düşüb. İki güclü yığımdan eyni zamanda istifadə etmək çox vaxt mümkün olmur və məqsədəuyğun hesab olunmur. Bu cür hallarda xəşəmbüllə göycəçiçəyinin çiçəklənməsi daha gec vaxta salmağa zərurət yaranır, buna isə qönçə fazasında olarkən biçmək yolu ilə nail olmaq olar.