Arıçılığın təşkili və inkişafında arı-sürfəli istiqaməti mühüm əhəmiyyətə malikdir. Bura arı anaları yetişdirmək və satmaq daxildir. Çünki daha məhsuldar arı cinslərinin seleksiyası və yetişdirilərək yayılması rentabelli təsərrüfatın əsasını təşkil edir.
Arı-sürfəli istiqaməti ilə məşğul olan şəxslərin əsas məqsədi damazlıq işinin aparılmasıdır: damazlıq ana arıların çıxarılması və onun satışıdır.
1.2. Arıxanaların ölçüsü
Tozlama məqsədi ilə yem bazasının nektar ehtiyatları, yem bazasının imkanlarının təkmilləşdirilməsi və arıların tələbatlarını hesablayaraq arıxanaların ölçülərini müəyyən edirlər. Arıxanaların bütün istiqamətləri müəyyən münasib ölçülərə malikdir.
İlk növbədə, meyvə əkinləri, giləmeyvələr, günəbaxan və tərəvəz bitkilərinin tozlanması üçün arı ailələrinin ehtiyacları müəyyənləşdirilir. Bağçalarda meyvə ağaclarının toxum və çəyirdək növləri əkilir.
Arı ailələrinin sayını bağçada çox yer tutan ağacların toxum və çəyirdək növlərinə görə hesablayırlar. Müxtəlif ağac növləri eyni vaxtda çiçək açmır. Ona görə də eyni arı ailəsi əvvəl tez çiçəklənən çəyirdək növləri, sonra isə bir qədər gec çiçəklənən toxum növlərini tozlayır (Şəkil 1.2).
Müxtəlif növlü meyvə ağacları bir ilə bar vermir. Bundan başqa, böyük sahələri olan bağçalar bir neçə il ərzində əkilir, ona görə də bu yerlərdə eyni növlü meyvə ağacları bir ilə çiçək açmır.
Bir hektar bağçanın tozlanması üçün iki arı ailəsi lazımdır. İki hektar günəbaxanın tozlanması üçün isə bir arı ailəsi lazımdır (Şəkil 1.3). Arıxanaların ölçüləri müəyyən olunarkən arıların tozlamaya olan fəallığının artma imkanları nəzərə alınır. Məlumdur ki, il ərzində arı ailələrini saxlamaq üçün 90 kiloqram bal tələb olunur. Ailədən satış üçün balı o vaxt almaq mümkündür ki, hər arı ailəsinə nektar ehtiyatı göstərilən ölçüyə yaxın olsun. Həmçinin nəzərə alınmalıdır ki, arılar yalnız nektarlı bitkilərin ayırdığı 50 faiz nektardan istifadə edir.