Gec çiçək açan kənd təsərrüfatı bitkilərinin əsas tarlalarda olduğu yerlərdə çiçək tozu çox vaxtı olmur. Güləm və çiçək tozunun çatışmazlığı sürfələrin yetişdirilməsi və ailənin inkişafını gecikdirir, həmçinin yüngül çəkili sağlam olmayan arıların doğulmasına səbəb olur. Bəzən sağlam olmayan arılar hətta sürfələri pətəkdən atır.
Çiçək tozunun yığılması üçün arıxanaları tez çiçək açan nektarlı və çiçək tozu gətirən bitkilərin olduğu yerlərə köçürmək lazımdır (bədmüşkün müxtəlif növləri, meşə kolları, çəmənlikdə yetişən balverən bitkilər). Yazda arılar öz yuvalarından uzaq yerə uçmur, ona görə də pətəkləri bir neçə qrupa bölünən (hər qrupda 20-30 ailə olmaqla) arıxanalarda arılar çox çiçək tozu yığacaq.
Bir məhsulda karbohidrat yemlə zülal yemi birləşdirmək cəhdləri müsbət nəticələnməyib. Ailədə fərqli qidalanan iki qrup arı olur: həvəslə və çoxlu sayda çiçək tozunu yeyən gənc yemləyici arılar, bir də yalnız balla qidalanan uçan arılar.
Yemdə zülal və digər maddələrin artıq olması tarla arılarının normal qidalandırılmasına cavab vermir, yemdə həddindən artıq şəkərin olması isə yemləyici arıların tələblərini ödəmir.
Tarixən arılar iki növ yemlə qidalanmağa alışmayıb, ona görə də əgər biz arıları səmərəli şəkildə qidalandırmaq istəyiriksə, onlara ayrılıqda iki növ yem verilməlidir - karbohidrat (bal, şəkər) və zülal-vitaminli yem.
Sərbəst iş üçün tapşırıqlar