Siz 1 litr şərbətdən 50 qram maya tərkibi olan şəkər-maya yem qarışığını alacaqsınız. Təzə çörək mayalarına nisbətən, quru mayaları 4 dəfə az qatmaq lazımdır. Yəni 1 litr şərbətə 14 qram quru maya qatılmalıdır.
İlk növbədə, mayanı az şirnisi olan suya qatın və isti yerdə bir gün saxlayın. O vaxta kimi maya sürətlə şişir. Bir gündən sonra mayanı şəkər şərbətinə qatın, qaynadın, soyuduqdan sonra isə arılara verin.
12.7. Şəkər-bal xəmiri (arı keki)
Şəkər-bal xəmirini eyni zamanda duru arı yemi adlandırırlar. Şəkərlə yemləməyə nisbətən bu məhsulla yemləmənin bir çox üstün cəhətləri var. Arılar bu cür yemləndikdə yem təknələrinin saxlanılmasına, onların yoxlanılmasına və köçürülməsinə, pətəklərdə yem təknələrinin quraşdırılmasına, bunun üçün isə pətəklərdən qapaqlar, tava və istiləşdirici yastıqçaların çıxarılmasına dair zəhmətli işlərin görülməsinə ehtiyac olmur (Şəkil 12.3).
Yemləmədən sonra bütün işlər əks istiqamətdə görülür. Xəmirin istifadəsi heç bir hazırlıq işlərinin görülməsini tələb etmir: onu arı yuvalarının çərçivələrinə qoymaq kifayətdir.
Şərbətlə yemləməyə nisbətən arıların şəkər xəmiri ilə yemlənməsinin effektivliyi çoxdur. O, güclü uçuşlara hazır olan arıların yetişdirilməsini təmin edir, yemə isə şəkər və digər qida məhsulları qatılır.
Şəkər-bal xəmiri arıların uçuşunun artmasına və bununla bağlı olan digər əlavə işlər görməyə səbəb olmur.
Şəkər-bal xəmirinin hazırlanması üçün 80 kiloqram şəkər tozu, 19 kiloqram bal və 1 litr su götürün. Şəkər tozunda yumaqlar olmamalıdır, onları barmaqla ovduqda hiss eləmək olar. Arı yeminin keyfiyyəti şəkərin xırda olmasından asılıdır. Hətta şəkərdə az yumaqlar olduqda belə duru arı yemi tez bərkiyir və arılar ondan istifadə edə bilmir. Yaxşı olardı ki, bal yetişmiş, yavaş bərkiyən növlərdən olsun. Bərkimiş balı əvvəlcədən əridin. Bunun üçün çəkilmiş balı suya salın və tədricən qarışdıraraq yavaş-yavaş qızdırın. Balın temperaturu 50° C-dən çox olmamalıdır. Bal tam əridikdən sonra onu qızdırılmış halda 8-10 saat saxlayın ki, balda olan xırda şəffaf kristallar ərisin. Xəmiri qatışdırmamışdan əvvəl tam əridilmiş bala lazımi miqdarda qaynadılmış su əlavə edin. Digər məqsədlər üçün istifadə olunmasından fərqli olaraq suyun qatılması xəmiri yumşaq eləyir ki, arılar da belə xəmiri tez götürür.