12.4. Şəkərlə həvəsləndirici yemləmə
Təbiətdə nektar və çiçək tozunun olması artımı həvəsləndirən vacib amillərdən biri, yəni ailələrdə sürfələrin yetişdirilməsidir. Yazda nektar yığımı davamlı və sabit olmur. Bir çox yerlərdə təbiətdə nektar ən məsuliyyətli yığım artan vaxtda əsas bal yığımına kimi olmur.
Məhz bu səbəbdən arılara süni bal yığımı şəraiti yaradılmalıdır. Bu məqsədlə arıları az ölçüdə - hər gün (və ya bir gündən bir) 1-2 stəkan qarışdırılmış bal (0,5 litr suya 1 kiloqram bal - bal süzgəci) və ya şəkər şərbəti ilə (1 litr suya 1 kiloqram şəkər) yemləyin.
Həvəsləndirici yemləmənin effektivliyini yoxlamaq üçün bir sıra təcrübələr aparılıb ki, onlar da arıların fəallığı və çiçək tozu gətirilməsi baxımından bu tədbirin müsbət nəticələrinin əldə olunduğunu göstərib.
12.5. Şəkər şərbətinin zülal və digər maddələrlə zənginləşdirilməsi
Artıq uzun müddətdir ki, arıçılar şəkər şərbətini yaxşılaşdırmaq məqsədi ilə ona müxtəlif zülal məhsulları və digər qida maddələri əlavə etməklə maraqlanırlar.
İnək südünün əlavə olunması
Arılar inək südünü yaxşı həzm edir. Müəyyən olunub ki, inək südünün maddələrini arılar 76,5 faiz həzm edir, çiçək tozu ilə qidalanarkən isə 79,1 faizini həzm edir. Suyun 10-20 faizini südlə əvəz etdikdə sürfələrin sayı 25 və 35 faiz artıb. Şəkərə 20 faiz üzlü inək südünün qatılması bal kimi və hətta ondan da yaxşı olan nəticələr verib. Şəkər şərbəti, südlə yemləmə yetişdirilən sürfənin sayı və yazda arı ailələrinin bal yığımını artırır.
Payızda arıların süd qatqısı ilə olan şəkərlə qidalanması sürfələrin keyfiyyətini 17-23 faiz artıraraq müsbət nəticələr verir. Şəkər-südlə arıları yemləməyə başlamamışdan əvvəl nəzərə almaq lazımdır ki, arılar təbiətdə bu cür yemə (südə) heç rast gəlməyib və onun dad xüsusiyyətləri arılara tanış deyil. Ona görə də tədricən arıları təzə yemə öyrəşdirmək lazımdır. Birinci dəfə 200-300 qram təmiz şəkər şərbətini vermək lazımdır (1 litr suya 1 kiloqram şəkər). Şərbətə bir damcı ətirli maddələr qatmaq lazımdır. Arılar iy və yem olan yerə uyğunlaşır. Sonra isə südü 30 faizə kimi artırın.
Şəkər-süd yemi hazırlamaq üçün əvvəlcədən 0,8 litr suya 1 kiloqram şəkər qataraq şəkər şərbəti bişirin. Suyu qaynayana kimi qızdırın. Pətəklərə yemi paylamamışdan əvvəl soyumuş şərbətə süd əlavə edin (1 kiloqram şəkərə 0,2 litr süd).
Arıları duru şəkər-süd şərbəti ilə yemləyərkən ona diqqət vermək lazımdır ki, arılar yem təknələrindən bütün yemi götürsün, çünki bir müddətdən sonra yemin qalıqları turşuyur.
Yazda arılara çoxlu qatı şəkər şərbəti verərkən (1 litr suya 2 kiloqram şəkər) suyun 20 faiz təmiz üzlü südlə əvəz edilməsi çox faydalı hesab olunur. Bu cür qarışıqda nə pətəklər, nə də yem təknəsində yem turşumur.
12.6. Maya ilə yemləmə
Maya ilə yemləməni aşağıdakı qaydada aparın. İlk növbədə, 1 litr suya 1 kiloqram şəkər qataraq şəkər şərbəti hazırlayın (Şəkil 12.2). Təzə çörək mayasından 250 qram çəkin və 0,5-1 litr şəkər şərbəti ilə yaxşı qarışdırın. Alınmış qarışığı 5 litr şəkər şərbətinə qatın və qaynadın.