12. Arıların yemlənməsi
İnsanın əhlilləşdirdiyi bütün heyvanlar, həmçinin təsərrüfatda istifadə olunan heyvanlardan yalnız arı yemi elə məhsuldur ki, ondan insan özü də istifadə edə bilər. Bu məhsul arıların yemi, insanın isə qidası hesab olunur. İnsanlar arıların yeminin bir hissəsindən seçərək istifadə edirlər. İnsanlar dərk ediblər ki, arılara şəkər verilməklə balı əvəz etmək olar.
Şəkər baldan çox ucuzdur. Bundan başqa, insanlar üçün bal çox faydalıdır. Arı ailələrinə ziyan verməmək üçün arıçı bal, güləm və ya çiçək tozunu - sayrımını həddindən artıq götürməməlidir.
Arı ailəsi üçün fəal dövr ərzində yem çatışmazlığı aşkar olunduqda arı ailəsi yemdən qənaətlə istifadə edir və ilk növbədə, artımı azaldır və ya tamamilə dayandırır, bu isə məhsuldarlığa təsir göstərir.
Həmçinin nəzərə almaq lazımdır ki, şəkər yalnız istilik daşıyıcısıdır, bal isə həm insanlar, həm heyvanlar üçün çox dəyərli, faydalı məhsuldur. Çiçək tozunun isə arılara xeyirliliyinə görə analoqu yoxdur.
12.1. Karbohidratla yemlənməsi
Arıları balla az yemləmək lazımdır, çünki yem balını şanlarda saxlamaq (süzməmək) və zərurət yarandıqda bal şanlarını arıların yuvalarına qoymaq lazımdır. Adətən balı əvəz etməklə arıları şəkər şərbəti və ya aşağıdakı hallarda balla yemləyirlər:
12.2. Şəkərlə yemləmə
Arılar təmiz şəkər şərbəti ilə qidalanaraq uzun müddət yaşaya bilər, lakin onlar sürfəni yetişdirə, mumu ayıra, sürətlə nektar yığa və bir çox digər işlər görə bilmir, çünki şəkər təmiz karbohidrat yemidir, orada arılar üçün həyatı vacib sayılan maddələr yoxdur.
12.3. Yem ehtiyatlarının artırılması
Yazda pətəklərdə bal olmadıqda arıları, adətən şəkərlə yemləyirlər (Şəkil 12.1). Bir sıra ölkələrdə payızda arıçılar pətəklərdən yem balının müəyyən hissəsini götürür, əvəzinə isə (balın yerinə) arıların yazda yemlənməsi üçün şəkər şərbəti qoyur. Bu isə arıların artma fəallığı və məhsuldarlığını kəskin şəkildə azaldır.