-
Bal arısının təkamülündə yem əlaqələrinin böyük rol oynamasını öyrənin.
-
Arı ailələrinin həm fəal dövrü ərzində, həm də payız-qış vaxtı keyfiyyətli yemlə təmin
olunmasının məhsuldarlığının artması və yaşamasında həlledici rol oynamasını öyrənin.
-
Kifayət qədər yem ehtiyatlarının güclü arı ailələrinin saxlanmasının özülü olmasını öyrənin.
-
Bir il ərzində bir arı ailəsinin nə qədər baldan istifadə etməsini öyrənin (arıçılıqda bu, çox
vacibdir).
-
Arı ailəsini su ilə təmin etməyin yolunu öyrənin.
-
Zülalın arı orqanizmindəki rolu, arıları onunla təmin etməyin yolunu öyrənin.
-
Arıların balla təminatına diqqət edin və gəzəngi balının ziyanlarını öyrənin.
-
Çiçək tozu və güləmin arının həyatındakı rolunu öyrənin.
-
Güləmi saxlamağın yolunu öyrənin.
-
Qış istirahəti zamanı arıları yemləməyin yolunu öyrənin.
-
Arıların fəal dövrü ərzində də onların yemlənməsinə diqqət edin.
-
Təbii balın əvəzediciləri haqqında məlumat toplayın.