Yaxşı olar ki, arıları yığımla yemləndirəsiniz.
11.5.3. Təbii yemlərin əvəzediciləri
Balın əvəzediciləri - əsasən də qışda gəzəngi balını əvəz etmək üçün əvəzedicilərdən ən yaxşısı şəkər şərbəti hesab olunur. Şəkərin qırıntıları, yəni qənnadı istehsalatından süpürülən qalıqlardan istifadə etmək olmaz, çünki onların tərkibində arılar üçün zəhərli olan maddələr olur. Payızın sonunda şəkər şərbətini işləmək məsləhət olunmur. Arılar ona çox enerji və fermentlər sərf edir, bu da qışlamanın xoşagəlməz (pis) nəticələrinə səbəb ola bilər.
Bütün tələblərə cavab verən güləmin əvəzediciləri hələ tapılmayıb. Təzə süd, quru süd, pivə mayaları, soya unundan istifadə edir. Qatışıqlardan da istifadə etmək olar, məsələn, Qaydaka amerikan qatışığı (30 faiz soya unu, 10 faiz quru süd, 10 faiz pivə mayaları, 5 faiz yumurta sarısı və 5 faiz kazeindən).
Arıları güləm və digər əvəzedicilərlə yemləyərkən onların orqanizmə xüsusi təsirini nəzərə almaq lazımdır. Arılara yazda, əsasən sürfənin yetişdirilməsinə kömək edən yem (güləm, süd) vermək lazımdır, payızda isə arıların qışa davamlılığını möhkəmləndirən zülal ehtiyatlarının artırılması üçün orqanizmin istifadə edəcəyi yemdən (güləm, maya) arılara vermək lazımdır.