Arıların qış yemlənməsi üçün bir çox müxtəlif yem təknələri var. Onlardan ən yaxşıları üst tavan təknələri hesab olunur. Onlar üçün yuvada yerin olması tələb olunmur. Qış yemləri arı topasının istiliyi ilə qızdırılır.
11.5.2. Arıların fəal dövrü ərzində onların yemlənməsi
Bu, sadə üsulla həyata keçirilir, fəal dövrü zamanı, əsasən soyuq havada arıların artıq təlaşlanmasının qarşısını almaq lazımdır. Yem ehtiyatlarının artırılmasını arı ailəsinə növbəti dəfə baxış keçirilərkən etmək daha məsləhətlidir. Bu vaxt aşkar etsəniz ki, ailədə 4-5 kiloqramdan az bal və 1-2 çərçivədən az güləm qalıbsa, onda ailənin yuvasına 2-4 bal çərçivəsi və 1-2 güləm çərçivəsi qoyun. Bal şanlarını qızdırılmış halda verin, məsələn, 1 gün isti otaqda saxlayın. Qızdırılmış balı arılar tez yeyir və bununla da yuvanın soyuqluğu keçir. Balla dolu olan möhürlənmiş şanları yuvanın küncünə qoyun, sürfələr üçün yararlı sayılan və boş qovuqcuqları, qismən möhürlənmiş şanları isə küncdəki sürfə ilə olan çərçivənin yanına qoyun.
Yuvaları genişləndirərkən yem ehtiyatlarını qoymaq da mümkündür, bunun üçün yaxşı şanla olan yararlı çərçivələri qismən balla doldurun (az olan çərçivələrə).
Zəif yaz çiçək tozu yığımı olan yerlərdə güləm ehtiyatları yaradılmalıdır. Yuvaların payız qısaldılması zamanı, həmçinin yayda güclü çiçək tozu yığımı olan vaxt güləmlə olan çərçivələri artıq olan ailələrdən götürmək olar. Güləmin şanlarını quru soyuq yer (yaxşı olardı ki, 11°C-dən aşağı temperaturda), çöl tərəfdən rənglənmiş möhkəm yeşiklərdə saxlayın. Yarıqları kağızla bağlayın. Güləmi möhürlənmiş və üzərinə bal süzülmüş halda saxlamaq daha məsləhətlidir.
Əgər arı yuvalarında yazda yem ehtiyatları az olarsa, arıları iki hissə şəkər və bir hissə sudan hazırlanmış şəkər şərbəti ilə yemləmək lazımdır (Şəkil 11.9). Əgər şəkər təmizdir və infeksiya salmaq təhlükəsi yoxdursa, şəkəri qaynar suda əritmək olar. Şərbət 40-450C-yə kimi soyuduqdan sonra onu yem təknələri, şanlar və litrlik bankalara süzərək ailələrə paylayın.
Arı oğurluqlarının qarşısını almaq məqsədi ilə şərbəti axşam verin. Şərbəti verməmişdən əvvəl arılarsız olan boş şanları yuvadan çıxardın. Yem təknəsini çərçivələr və ya tavana yuvanın orta hissəsinin üzərindən qoyun ki, arıların yolu açıq olsun və yuvanı yaxşı istiləşdirin. Güclü ailə bir gecəyə 3-4 kiloqram şərbətdən istifadə edə bilər.
Yemləmək üçün yuvanın küncündə qoyulan və yaxşı istiləşdirilən yem təknələrindən də istifadə edin (Şəkil 11.10).
Təbiətdə yığım olmadığı vaxt yaz və payızda sürfənin artırılması üçün arıları şəkər şərbəti ilə yemləmək yolu ilə oyadıcı və ya həvəsləndirici yemləmədən istifadə oluna bilər. Ailələri hər gün və ya bir gündən bir, az ölçülər (250-300 qram), duru şəkər şərbəti ilə (1 hissə suya 1 hissə şəkər) yemləmək lazımdır. Bu üsul isti havada arıların sürətlə inkişafına kömək edir, soyuq havada isə bəzən inkişafı dayandırır. Bal şanlarının hissə-hissə möhürdən açılması müsbət nəticə verir. İri təsərrüfatlarda çox vaxt və əmək sərf olunduğundan həvəsləndirici yemləmədən istifadə olunmur.