11.4. Sürfəli yem
Arılar üçün bütün yemlərdən tam keyfiyyətlisi ana südü hesab olunur - ana sürfələri üçün yem. O, gənc yemləyici arıların udlaq və qismən üst çənə vəzilərinin hormonlarıdır. Süd xüsusi qoxulu və kəskin turş qoxusu olan ağ, yarı-şəffaf mayedir. Ana südü zülal, piy, karbohidrat, amin turşuları, vitaminlərlə zəngindir (Şəkil 11.8).
İşçi arıların sürfəsi üçün nəzərdə tutulan süd tərkibinə görə ana sürfələri üçün nəzərdə tutulan süddən fərqlənir. İşçi arıların sürfəsi üçün nəzərdə tutulan südün tərkibi arıların yaşından asılı olaraq dəyişilir. Sürfələrin yaşadıqları ilk günlərində süd duru olur (26,5 faiz quru maddələr), sonradan isə qatılaşır (35,1 quru maddələr), eyni zamanda zülal və piyin miqdarı azalır, şəkərin miqdarı isə artır. Sürfə yemində bütün əvəzolunmaz amin turşuları, çoxlu müxtəlif vitamin var, mineral duzlarla zəngin, bakterisid xüsusiyyətlərinə malikdir. Ana südündə olan maddələr anaların cinsi yetişməsini sürətləndirir, onun yumurtalıqlarında yumurtaların inkişafına köməklik göstərir.
11.5. Arıların yemlənmə texnikası və normaları
Yemləmə yerin şəraiti, arı ailələrinin gücü və təbii xüsusiyyətləri, arıların saxlanma sistemi və arıxananın texniki cəhətdən təchiz olunmasından asılıdır. Zəif və güclü ailələrə nisbətən, çöl və qışlama yerində qışlayan arılar yem norması və texnikasına görə bir-birindən fərqlənir. Bütün hallar üçün vahid qanun var: arı ailəsinin yuvasında daimi yüksək keyfiyyətli karbohidrat və zülal yemləri olmalıdır, onların keyfiyyət və nisbəti isə ailənin gücü, fəal mövsümdə onların inkişaf dərəcəsi ilə müəyyən olunur.
11.5.1. Qış istirahəti zamanı arı ailəsinin yemlənməsi
Arı ailələrinin yuvalarında kifayət qədər çiçək balı ehtiyatı olduqda arılar yemin işlənməsinə az enerji sərf edir. Qış ərzində onların bağırsağında müəyyən qədər nəcis yığılır, bu cür hallarda arılara yem yaza da bəs eləyir. Beləliklə, arıxananı qış xərclərindən uzaqlaşdırmaq üçün arıları qışda çoxlu yüksək keyfiyyətli yem ehtiyatları ilə təmin edin.
Balda gəzəngi aşkar olunduqda həmin yemi çiçək balı və ya şəkər şərbəti ilə əvəz etmək lazımdır. Məlumdur ki, arılara 60 faiz qatılığında şərbət verilsə, onlar yaxşı qışlayacaq. Bəzən yem ehtiyatları arılara payız-qış vaxtı verilir. Bu, balda gəzəngi aşkar olunduğu və ya yem ehtiyatları çatışmadığı təqdirdə lazım olur. Bu cür hallarda ən yaxşısı şan ballarından istifadə etməkdir. Şan balı olmadıqda arılara iki hissə şəkər və bir hissə sudan ibarət olan şərbət vermək lazımdır. Bəzən duru arı yemindən istifadə edin.