Gəzəngi balının mineral duzları, ilk növbədə kalium duzları arılar üçün daha çox zəhərlidir. Arılar gəzəngi balından istifadə edərkən qışlamanın ortasında arıların bağırsaqları həzm olunmayan qalıqlarla dolur ki, bu da ishala səbəb olur.
11.3. Çiçək tozu və güləm
Arılar üçün çiçək tozu zülal, piy, mineral duzlar və vitaminlərin əsas mənbələri hesab olunur. Arılar onu pətəyə sayrım halında gətirir. Çiçək tozunun kimyəvi tərkibi toz yığılan bitkilərin növü və yığım müddətindən asılıdır.
Məlumdur ki, bir çox bitkilərin çiçək tozunun qarışığı ilə arılar daha çox sürfələri yemləyir (Şəkil 11.6).
Tamamilə dondurulmuş güləmin yaxşı həzm olunmağı onunla izah olunur ki, onun toxumlarının çiçək tozu örtüyü açılır və qida fermentləri hüceyrələrə daha tez keçir. Bitkilərin çiçəklərindən yığılan çiçək tozundan istifadə olunarkən arıların bağırsaqlarında daha çox həzm olunmayan qalıqlar qalır.
Ola bilər ki, arılar şanların qovuqcuqlarına çiçək tozunu qoyarkən tozun üzərində işləyir, bu da tozun yaxşı həzm olunmasına səbəb olur.
Maraqlıdır ki, 0-40C-yə temperaturda, bir il müddətində güləmi saxladıqdan sonra onun keyfiyyəti itir. Bu, sürfənin yetişdirilməsindən də görünür. Uzun müddət ərzində güləmi şaxta və ya isti otaqda saxladıqda onun qidalandırıcı keyfiyyəti itir.
Güləm və bal kimyəvi və biokimyəvi tərkibinə görə uzun müddət saxlanması üçün arıların qovuqcuqlarının yanına qoyulmuş hazır yemdir (Şəkil 11.7).
Onlar arıların həyatı üçün çox vacibdir, xüsusi ilə də qışda, arılar əsasən balla qidalanarkən onun həzminə çox enerji sərf etdikdə. Lakin nə bala, nə də güləmə təbiətdə hazır halda rast gəlmək olar. Onlarla qidalanma məqsədi ilə arılar özləri bitkilərin nektar və çiçək tozundan bal və güləm hazırlayır.