Azotsuz birləşmələr arıların yemi, əsasən də nektar və balda kəskin şəkildə çoxluq təşkil edir. Onların sıralarına azotsuz ekstrakt maddələri, sellüloz və piylər aiddir.
Karbohidratların əsasını şəkər təşkil edir, onlar enerjinin əsas mənbəyi hesab olunur. Balda və qismən güləmdə saxaroza, qlükoza və meyvə şirəsi - fruktoza olur.
Sellüloz arılar üçün əhəmiyyətsizdir, çünki onların orqanizmində həzm olunmur.
Çiçək tozunun tərkibində olan piylər maddələr və enerji mübadiləsində mühüm rol oynayır.
Vitaminlər maddələr mübadiləsində böyük rol oynayır, onlar arıların normal artması, inkişafı və həyat fəaliyyəti üçün lazımdır. İki qrup vitamin var: piy və piy həlledicilərində əriyən (A, D, E, K vitaminləri) və suda həll olunanlar (C, B vitamini).
Bal - onun kimyəvi tərkibi bitkinin növü, nektar yığılan çiçəklər, arının fərdi xüsusiyyətləri, ailənin gücü, arıların nektarı bala çevirdiyi pətəkdə olan daxili şəraitdən asılıdır, həmçinin yerin şəraitindən (iqlim, torpaq) asılıdır, çünki təmiz çiçək balı, əsasən sadə fruktoza və qlükoza şirələrindən ibarətdir, eyni zamanda tərkibində mürəkkəb karbohidratlar (dekstrina, melizitoza) və mineral duzlar az olur, arıların orqanizmində yaxşı həzm olur (arıların mədələrində həzm olunmayan qalıqlar az olur), gəzəngi balı çiçək balından (nektardan ibarətdir) arıların orqanizmində həzm olunmayan və zəhərli maddələrin çoxluğu ilə seçilir (Şəkil 11.5).
Gəzəngi balı xüsusi ilə qışlama zamanı zərərlidir. O, gəzəngi zəhərlənməsinə və çoxlu arıların ölümünə səbəb olur. Ona görə də qışa arılara çiçək balı saxlamaq lazımdır. Gəzəngi balını mütləq çiçək balı və ya şəkər şərbəti ilə əvəz edin. Bəzən yayda da arılar gəzəngi zəhərlənməsindən əziyyət çəkir.
Uzun müddət hesab olunurdu ki, gəzəngi balının tərkibində çoxlu sayda dekstrin olduğundan arılar üçün zərərli hesab olunur, lakin bu, heç də belə deyil.