11.2. Arıların yeminin tərkibi
Su - arılarının ömrünün əsas dövründə çox miqdarda lazımdır, orta hesabla bir günə bir ailəyə 200 qram su lazımdır (Şəkil 11.3). Digər vaxtlarda da arılara su lazımdır. Ailənin su ilə təmin olunmasına arılar çox enerji sərf edir, ona görə də arıxanada ən isti və küləkdən qorunan yerdə olan su qabı olmalıdır. Arıların gətirdiyi su yuvada arıların çinədanında saxlanılır. Maraqlıdır ki, su gətirən arı onu yuvada olan arıya “ötürür”. Çinədan müəyyən dərəcədə sistern funksiyasını yerinə yetirir.
Ailələrin pətəkdə təcrid olunduğu və uçmaq imkanı olmadığı təqdirdə şanların qovuqcuqları və ya içəridə olan su-yem qablarına su qoyulur (Şəkil 11.4).
Arıların artması və inkişaf etməsi üçün mineral maddələr çox vacibdir. Onlar arıların bütün orqan və toxumalarında olur, həmçinin maddələrin mübadiləsində böyük rol oynayır. Arı bədəninin quru maddəsində 6,2 faizdən 6,7 faizə kimi mineral maddələr var. Adətən arılar kifayət qədər mineral maddələri güləm və baldan alır, ona görə də xüsusi yemləməyə ehtiyac olmur. Bəzən mineral maddələrin çatışmazlığından arılar onları zibil qutuları, natəmiz yerlərdən götürür.
Zülal yemin tərkib hissəsidir. Onlar son dərəcə mühüm əhəmiyyətlidir. Zülallar “həyat davamçıları”, bütün orqan və toxumaların əsas maddəsi, həmçinin mübadilə prosesi üçün spesifik mühitdir. Zülallar arıların orqanizminin qida, mübadilə və qoruyucu reaksiyalarında mühüm rol oynayan ferment, piqment, immun (qoruyucu) hissələri və digər xüsusi maddələrin tərkibinə daxildir. Heyvanlar və arıların qidalanmasında zülalların xüsusi yeri var. Arıların zülal qidalanmasının əsas mənbəyi bitkilərin çiçək tozu və ondan alınan güləmidir. Zülal ana südünün tərkibində də çox olur.
Amin turşuları arıların qidalanması və maddələr mübadiləsində mühüm yer tutur. Müəyyən olunub ki, heyvanın normal artması və inkişafı üçün amin turşuları onun orqanizminə qidanın tərkibində düşməlidir, amin turşuları isə orada birləşə bilər. Qidada olan amin turşuları əvəzolunmaz adını daşıyır. Onların sırasına lizin, triptofan, qistidin, leysin, izoleysin, fenilalanin, treonin, metionin, valin, arqinin aiddir. Amin turşuları və əvəzolunmazlar çiçək tozu, güləm, xüsusi ilə ana südünün tərkibində zəngindir.