11. Arıların yemlə təmin olunması
Bal arısının təkamülündə yem əlaqələri böyük rol oynayıb. Arıların əcdadlarının nektar və çiçək tozu ilə qidalanmasına keçməsi, həmçinin onunla əlaqəli olan zülal və karbohidrat yem ehtiyatlarının yığılması, saxlanılması və yaradılması instinkti bal arılarının olduğu yerlərin genişləndirilməsi və onların şimal və yüksək dağlıq bölgələrə uçması, eyni zamanda məhsullarının alınması və bitkilərin tozlanması üçün təsərrüfatda istifadə olunmasına səbəb oldu.
Arı ailələrinin həm fəal dövrü ərzində, həm də sakit olduğu payız-qış vaxtı kifayət qədər keyfiyyətli yemlə təmin olunması onların məhsuldarlığının artması və yaşamasında həlledici rol oynayır.
Arı ailəsi digər kənd təsərrüfatı heyvanlarından onunla fərqlənir ki, arılar özləri yemi hazırlayır, onu işləyir, saxlayır, həmçinin də özlərinə lazım olan bal və güləm ehtiyatlarını yaradır. Arıçı bu proseslər və arıların yemlənmə üsullarını öyrənib idarə etməyi bacarmalıdır.
Qeyd etmək lazımdır ki, təkamül nəticəsində bal arılarında yem ehtiyatlarının qənaətlə istifadə edilməsi instinkti yaranıb. Bu ehtiyatlar arıçını arılara tez-tez baxış keçirmək və arı ailələrini yemləməkdən azad edir, bu isə işin məhsuldarlığını artırır.
Kifayət qədər yem ehtiyatları - güclü arı ailələrinin saxlanılmasının özülüdür, hətta məhsuldarlığı zəif olan illərdə yem ehtiyatları yüksək bal yığımı, həmçinin satış balının alınmasına səbəb olur.
Arı ailələrinin məhsuldarlığının artması və inkişafında zülallı yemin yeri böyükdür. Arılar üçün zülalın təbii mənbəyi çiçək tozu və güləm hesab olunur. Çiçək tozu yığımı və güləm ehtiyatları olmadıqda ailə sürfənin yetişdirilməsini dayandırır.
11.1. Arı ailələrinin yemə olan tələbatı
Ailənin yemə olan son ehtiyacını dəqiqləşdirmək lazımdır, çünki ailənin sayı dayanmadan dəyişilir. Bundan başqa, ayrı-ayrı fərdlər və ailənin bütövlükdə yemdən istifadə prosesi insanın nəzarəti olmadan baş verir. Təcrübə üçün arıların bir il ərzində hansı yemdən və hansı həcmdə istifadə etdiyinə dair təxmini göstəricilər lazımdır.
Bir il ərzində arı ailəsi 110 kiloqram baldan istifadə edir (Şəkil 11.1).
Arı ailəsi bir il ərzində 20-30 kiloqram çiçək tozundan istifadə edir. Ailə yemdən maksimum olaraq iyun və iyulda istifadə edir. Məhz bu vaxt çoxlu sürfələr yetişdirilir. Ailə yemdən ən az noyabr-yanvar aylarında istifadə edir. Bu vaxt ailədə sürfə olmur, ailələr topaya yığışır (Şəkil 11.2).
Qeyd etmək lazımdır ki, yemə olan tələbata dair göstəricilər iqlim, ailənin gücü, bal yığımı, sakit qalmalarına davamlı olduğu və arıların fərdi xüsusiyyətlərindən asılıdır. Bu göstəricilər arıxananın yem tarazlığının müəyyən edilməsi, həmçinin arıların yetişdirilməsi və saxlanılması üçün nəzərə alınır.