10.2.8. Şabalıd bitkisi
İri barmaqşəkilli mürəkkəb yarpaqları var, onlar isə öz növbəsində yaraşıqlı çətir və kölgə yaradır (Şəkil 10.10). Bu səbəbdən yaşayış yerlərinin yaşıllaşdırılmasında bu ağacın böyük rolu var. Bu ağaclar uzunluğu 20-30 santimetr olan düz qalan konusşəkilli hamaşçiçəklərin çiçəklənməsi zamanı daha yaraşıqlı olur. Çiçək zəngçiçəyinə bənzər kasacıq, beş ağ ləçək, çoxlu erkəkcik və bir dişicikdən ibarətdir. Tozluqları uzun tikanlarladır, iridir, çoxlu çiçək tozu verir.
Sayrım qırmızı rəngdə olur, arılar onu həvəslə yığır. Çiçək çoxlu nektar ayırır. Bal məhsuldarlığı 100 kiloqram/hektardır.
Azərbaycan təbiəti öz zənginliyi ilə seçilir. Onun ərazisində yüzlərlə balverən və çiçək tozu gətirən bitkilər yetişir. Hamısı haqqında geniş söz açmaq olmur. Çoxunun adını isə bu mövzuda qeyd etmişik.