10.2.5. Meşə moruğu
Meşələrdə yayılıb. Arıxananın bal məhsuldarlığını artırmaq üçün çoxlu ehtiyatın yaranmasına kömək edir. Çiçəkləri keçən ilki budaqlarda yetişir, çoxlu nektar ayırır. Əlverişli şəraitdə gün ərzində hər ailəyə 5 kiloqrama kimi yığım düşür. Meşə moruğunun bal məhsuldarlığı 85 kiloqram/hektar ərazini əhatə edir (Şəkil 10.7).
10.2.6. Ağ akasiya
Parklarda külli miqdarda yetişdirilir. Ondan respublikamızda meşəsalmada çox istifadə olunur. Yüksək məhsuldarlığı olan balverən bitki kimi ağ akasiya yaxşı erkən yığımla arıları təmin edir. May ayının ikinci yarısında çiçəkləməyə başlayır. Çiçəkləmə müddəti 2-3 həftə, 1 çiçəyin ömrü isə 3-4 gündür. Ağaclar hamaşçiçəkdə yığılan və uzunluğu 15-17 santimetrə kimi çatan ətirli çiçəklərlə örtülüdür. 10 erkəkcik və bir dişiciklə çiçək açır. Nektar toxumluğunun ətrafında yığılır və çoxlu arını cəlb edir. Tikanları azdır, sayrım xırda sarı-boz rəngdə olur. Orta hesabla gün ərzində 3 kiloqram yığım almaq olar, kütləvi çiçəkləmə zamanı isə yığım 5-7 kiloqrama çatır (Şəkil 10.8).
Akasiya balı şəffaf, dadlı və xoş ətirli olur. Bal çox bərkimir, çünki tərkibində çoxlu fruktoza var. Bal məhsuldarlığı təxminən 100 kiloqram/hektar ərazini əhatə edir.
10.2.7. Zoğal bitkisi
Gülçiçəklilər fəsiləsi ailəsindəndir. Yabanı və bitki halında respublikamızda bitir (Şəkil 10.9). Zoğal - kol və ya tikansız olan balaca ağacdır. Budaqları xırda yarpaqlarla sıx örtülüdür. Bəzi növlərin çiçəkləri tək və ya hamaşçiçəklilərdəndir. Çiçək tacı ağ və ya çəhrayıdır. Payızda kiçik qara və ya qırmızı bəhərlərlə yetişir. Toxumlarla artır. Torpağa bağlılığı yoxdur, dağın döşünü yaxşı möhkəmləndirir.
Dekorativ əkinlərdə haşiyələr və digər kompozisiyaların yaradılması üçün istifadə olunur. Bal məhsuldarlığı 100 kiloqram/hektar ərazini əhatə edir. Mayın ikinci yarısı iyunda çiçəklənir.