Bu səbəbdən yüngül yağışdan sonra arılar nektarı yığmağa davam edir. Ayrı-ayrı ağaclar 10 günə kimi çiçəkləyə bilir. Cənubi dağ ətəklərində isti yerlərdə cökə tez çiçəklənir. Orta hesabla ümumi çiçəkləmə dövrü 2 həftə davam edir, hava soyuq olduqda isə 20 gün və daha çox uzana bilər. Meşəlik-çöllükdə çiçəkləmə iyunda başlayır.
Ürəyəoxşar cökənin bal məhsuldarlığı 6001000 kiloqram/hektar ərazi, dəyişkən rütubəti olan bölgələrdə isə 500 kiloqram/hektar ərazini əhatə edir.
Nektar yığımının azalması bəzi illərdə gəzəngi balının yığılması ilə əvəz olunur.
10.2.2. Ürəkyarpaqlı cökə
Bu növə iriyarpaqlı cökə aiddir. Onun yarpaqları böyük olur, çiçəyin quruluşu ürəyəoxşar cökədə olduğu kimidir. Bal məhsuldarlığı 800 kiloqram/hektardır. Ürəyəoxşar cökədən 7-10 gün əvvəl çiçəklənir (Şəkil 10.5).
10.2.3. Tarla ağcaqayını
Kol və yaxud 10 metrə qədər hündürlükdə olan ağac bitkisidir. Yarpaqları beşpərli, çiçəkləri sarıdır, meşə və dağ yamaclarında bitir. Hər hektar tarlada ağcaqayın sahəsinin bal məhsuldarlığı bir tondur. Onun çiçəklənmə müddəti 7-10 gün çəkir (Şəkil 10.6).
10.2.4. Cır xurma
Əsasən Lənkəran zonasında meşə ərazilərində bitir. Hündürlüyü 10-15 metrə çatır. Çox məhsuldar ağac bitkisidir. May ayının 16-18-dən sonra çiçəkləyir. Çiçəkləmə dövrü 20 gündən çox çəkir. Həmin ərazidə əsas yığım ondan sonra gəlir. Cır xurma çiçəkləyərkən arılar başqa çiçəklərə tamah salmır. Məhsulu ancaq ondan gətirir. Nektar və çiçək tozu ilə zəngin bitkidir. Gün ərzində ailəyə uyğun hava şəraitində 3-4 kiloqram bal verə bilir.