Günəbaxan balının qızılı sarı rəngi var, kəskin qoxusu var, tez bərkiyir. Arı ailələri günəbaxan plantasiyalarında güləmlə yaxşı ehtiyatlanır. Sayrım orta ölçüdədir və narıncı rəngdə olur (Şəkil 10.1).
10.1.2. Xaşa bitkisi
Çoxillik paxlalı bitkidir. O həm yaxşı bal verən, həm də yaxşı yem bitkisidir. Xaşa Azərbaycanın dağ ətəklərindən dağlara qədər hər yerində yayılmışdır. Xaşa torpağın münbitliyini artırır, onun strukturunu yaxşılaşdırır (Şəkil 10.2). Xaşa mayın axırlarında çiçəkləyir, çiçəkləmə dövrü 25-30 gün çəkir. Bir çiçəyin ömrü 2-3 gündür. Xaşanın hər hektarı 120 kiloqram bal verir. Balı keyfiyyətli, ətirli və dadlı olur. Xaşa arıçılıq üçün ona görə faydalıdır ki, o, təbiətdə gəlir olmadığı vaxt çiçəkləyir. Hər hektar xaşa sahəsində 1.5 arı ailəsi saxlamaq olar.
10.1.3. Yonca bitkisi
Respublikamızda yoncanın balvermə məhsuldarlığı hər hektardan 300 kiloqrama qədərdir. Qırmızı yonca çoxillik yem bitkisidir. Onun məhsuldarlığı hektarda 200 kiloqramdır (Şəkil 10.3).
250C temperaturda bitkilər daha yaxşı inkişaf edir və çiçəklərdə nektar ayırır. Günün ikinci yarısına nisbətən günün birinci yarısı arılar daha fəal çiçəklərin üzərinə qonur və onları tozlandırır.
10.2. Balverən ağac və kolluqlar
10.2.1. Ürəyəoxşar xırdayarpaqlı cökə
Meşə və meşə-çöllük bölgələrini yaxşı bal yığımı ilə təmin edir. Meşəlik-çöllük sahəsində 20 kiloqrama yaxın cökə balı yığılır. Yığım fərqli olur və bir neçə ildən bir olur. Çiçəkləmə və nektarın ayrılmasına yer və havanın rütubəti, istilik, günəşin işıqlandırılması və digər amillər müsbət təsir edir. Nektar kasayarpaqda ayrılır və yığılır (Şəkil 10.4).
Quru havada küləkdə bal yığımı azala və ya tamamilə qurtara bilər. Çiçəkləri solğun sarı rəngdə olur (hamaşçiçəkdə 3-15 dənəsi sallanır, nektarı yuyulmadan qoruyur).