Nəzəri biliklərin qiymətləndirilməsi
Test 9
Sual 1. İri ölçülü pətəklər nə üçün lazımdır?
A) Arıları yaxşı saxlamaq və güclü məhsul üçün;
B) Beçəvermə üçün;
C) Balalama üçün;
D) Arıçının işləməsi üçün.
Sual 2. Güclü arı ailəsində nektar və bal üçün 435 x 300 ölçüsündə neçə çərçivə lazımdır?
A) 10-12;
B) 14 x 16;
C) 14 x 15;
D) 15 x 17
Sual 3. Çox gövdəli pətəklərdə arılara qulluq vaxtı nəyə qənaət olunur?
A) Arılar narahat olmur;
B) Hazırlıq işlərinə;
C) Artıq əmək sərfiyyatına;
D) Çərçivəyə.
Sual 4. Çox gövdəli pətəklərdə arılara qulluq olunarkən nəyə görə məhsuldarlığı artır?
A) Arılar az yeyir;
B) Arıçı həvəslə işləyir;
C) Ana az yumurtlayır;
D) Arılar az narahat olur, səmərəli işləyir.
Sual 5. Arıxanada çox gövdəli pətəklərdə bütün ailələrə baxış keçirmək lazımdırmı?
A) Lazımdır;
B) Lazım deyil;
C) Arıçı özü bilər;
D) Baxsa, yaxşı olar.
Sual 6. Yatıq pətəklərin üstünlüyü nədir?
A) Bu pətəkləri bal yığımına aparmaq asandır;
B) 20-24 çərçivəlidir;
C) Arısı çox olur;
D) Bir gövdəlidir.