Pətəyin üstlüyünü lazımi qaydada öncədən hazırlayın, hər birinin yarı hissəsini qısaldılmış şanlar, digər yarı hissəsini isə şanlanmış çərçivələrlə qablaşdırın. Hər birini ayrılıqda yerləşdirin. Calaq quraşdırıldıqdan sonra ailədə analıqların qalmadığına əmin olmaq üçün ailəyə diqqətlə baxış keçirin.
Calaqlarda bir neçə gündən sonra çərçivələrin bir çoxu balla dolan kimi yuva gövdəsi ilə pətək üstlüyü arasında şanlanmış çərçivələr və şanları qablaşdırılan digər çərçivə qoyun. Ana arıların şanlarının üstlüyünə keçməməsi üçün pətəklərdə həmişəki kimi aralı yarıqları olan 9-10 çərçivə qoyun. Bu cür halda arılar qovuqcuqları hörür və ana orada yumurtalaya bilmir.
Gec yığım olan dağlıq ərazilərdə daha güclü ailələrin yetişdirilməsi üçün ana birinci yarımüstlüyü olan şanlarda yumurtlamağa başlayır. Digər (“inşaat”) üstlüyü isə çərçivələrin əksəriyyəti sürfə ilə əhatə olunduğu vaxt qoyun. İnşaat üstlüyünü yuvaya “çəpinə” qoyun. Yeni üstlüyə ananın keçməməsi üçün onu yuva gövdəsinə keçirin və arakəsmə qəfəsə ilə yuvadan ananı uzaqlaşdırın. Arılar yığılmış balın bir çox hissəsini yarım-üstlüyün şanlarında saxladığı, həmçinin yarımçərçivələri yuva çərçivələrinin (və ya əksinə) yerləri ilə dəyişmək mümkün olmadığı üçün digər pətəklərdən fərqli olaraq 12-çərçivəli pətəklərdə yemlə olan çərçivələri qışa hazırlamaq daha çətin olur.
Sərbəst iş üçün tapşırıqlar