Yatıq pətəklərdə yuvaların birdəfəlik genişləndirilməsi üsulu arıçıların işini kəskin şəkildə azaltmağa imkan verir. Bu üsulun müvəffəqiyyətinin təmin olunması üçün mütləq şərt arıxanada yalnız güclü ailələrin saxlanılmasıdır.
Yazda qeyd olunan xüsusiyyətlərdən irəli gələrək ailədə 7-8 sürfə çərçivəsi olarkən yuvanın hamısını pətəyin bir küncünə bacadan uzaq çəkin, bacanın qarşısından boşalan yeri isə beş-altı və daha çox quru və şanlanmış çərçivələrlə doldurun.
Yuvanın normal yerləşdirilməsini təmin etmək üçün arılar hörülmüş şanları tez bərpa edir və sürətlə ana qovuqcuqlarında yumurta qoymaq üçün onları hazırlayır, özü də yuvanın yeni hissəsində bu işə həvəslə başlayır.
Yatıq pətəyin boş hissəsində payız və qışda əlavə ananın qışlaması üçün ailəciklər yerləşdirmək olar. Yatıq pətəyin boş hissəsi, həmçinin ailəciklərin müvəqqəti saxlanılması (mayalanmamış gənc arıların cütləşməsinə kimi), həmçinin beçələrin yaranması üçün ailələrdən qablaşdırılmış halda sataraq istifadə edin. Yatıq pətəklərdə əsas yığım zamanı ananın yumurta qoymasını məhdudlaşdırmaq zərurəti yarandıqda 2-3 çərçivə müxtəlif yaşlı sürfəni anaları ilə birlikdə yuvanın ortasına qoyun, onların hər iki tərəfində isə bal və güləmlə olan çərçivələr qoyun. Belə dəyişikliklərdən sonra ana cəmi bir neçə çərçivələrdə yumurtaları qoyacaq, nəticədə yuvada açıq sürfənin sayı azalacaq, arılar sürətlə bal yığımı ilə məşğul olacaq, pətəkdə isə bal yığılacaq. Yığım bitdikdən sonra ananın yumurtlaması üçün xüsusi şərait yaradın ki, qışa kifayət qədər arı bəsləyə biləsiniz.
Yatıq pətəklərdə arılar saxlanılarkən şaquli istiqamətdə yerləşən pətəklərdə olan yuvalardan fərqli olaraq balın süzülməsi üçün şanları ayırmaq daha çətin olur. Yatıq pətəklərdə balın süzülməsi üçün ballı çərçivələr axtarılarkən yuvaları sökmək lazım olur.
9.3. Yarımçərçivəli calağı olan 12-çərçivəli
pətəklərdə arıların saxlanılması
Yüksək bal yığımı olmayan yerlərdə 12-çərçivəli (Şəkil 9.5) pətəyin üstündən ikinci gövdə qoymaq məqsədəuyğun hesab olunmur, çünki yarımçərçivələrin kifayət qədər üstün cəhətləri olur. Arıların bu cür saxlanılması daha geniş yayılıb. Qışlamadan çıxarıldıqdan sonra arı ailələrinin yuvalarını elə qısaldın ki, arılar qalan çərçivələrin üzərinə sıx qonsun. Ailələri kifayət qədər yemlə təmin edin və yaxşı isidin. Yaşlı arılar gənc arılarla əvəz olunduqdan sonra və arı ailələri güclənməyə başlayarkən yuvanın genişləndirilməsi işinə başlayın. Bunun üçün açıq-şabalıdı və şabalıdı rəngli şanlı çərçivələr və az miqdarda güləm və baldan istifadə edin. Ailələr o dərəcədə güclənər, pətəklərdə 8-dən az olmayaraq sürfəli çərçivə olar, arılar isə 10-11 şanın üzərinə qonarsa, onda pətəklərin üzərinə calaqlar (üstlüklər) qoyun.