Arıları çox gövdəli pətəklərə aşağıda göstərilən qaydada aparın. Arılar köçürülən pətəyi küncə qoyun, onun yerinə isə yeni pətəyin dayaqcıqları, altlığı və gövdəsini qoyun.
İsti otaqda pətəyi 8 kiloqramdan az olmayan bal olan 6-7 qısaldılmış çərçivəyə yığın. Köhnə pətəkdən bütün çərçivələri çıxarın və onlardan arıları yeni pətəklərə çırpın.
Arılardan boşalmış sürfəsiz çərçivələri daşınan yeşiyə qoyun və otağa salın ki, çərçivələri yeni ölçüyə uyğun hazırlayasınız. Sürfə ilə çərçivələri yerində qısaldın və onu yuvanın yeni pətəyinin altlığına qoyaraq yerini dəyişin. Yuvaya ananın köçürülməsinə diqqət yetirin.
Köhnə pətəyin divarlarında qalan arıları yeni pətəyə süpürün. Əgər yuvada köçürülən ailələrdə yeni pətəyin bir gövdəsində yerləşdiriləcək qədər çərçivələr çox olarsa, qalan çərçivələri sürfəli gövdələrin üzərindən eyni qaydada yeni gövdəyə qoyun.
Yazda, adətən ailələr köçürülərkən 435 x 230 kvadrat millimetr ölçüsündə olan bir gövdədə on çərçivə yerləşir. Köhnə pətəyi arıxanadan çıxarın.
Bəzən arılar çox gövdəli pətəklərə bir qədər gec, şanların aşağı lövhələri sürfə ilə doldurulduqdan sonra köçürülür. Bu cür hallarda şanlar kəsilər və çərçivələr azalarsa, sürfənin bir çox hissəsini itirmək olar. Bu səbəbdən bunu başqa cür eləyin.
Adi pətəyi yerində saxlayın və əvvəlcədən üzərindən bütün arıları çırparaq pətəkdən bütün sürfəsiz çərçivələri çıxarın. Sürfə qalan çərçivələri isə pətəyin cənub divarına çəkin. Arakəsmə taxtadan sonra olan yeri istiləşdirici materiallarla doldurun. Pətəyin üstünə bal və güləmlə olan qısaldılmış çərçivələrlə yanaşı, yeni pətəyin gövdəsini qoyun.
Yuxarı gövdədən çıxan adi pətəyin bir hissəsini taxtalarla yaxşı örtün. Bir müddətdən sonra aşağı gövdədən olan şanlar sürfədən azad olacaq və arılar yuxarı gövdəyə keçəcək. Bundan sonra aşağı gövdəni götürün, yuxarı gövdəni isə çox gövdəli pətəyin altına qoyun. Sürfədən boşaldılmış çərçivələri dərhal kəsin və onlarla yeni gövdəni (zərurət olduqda) doldurun.
Çox gövdəli pətəklərdə arıların saxlanılması adi pətəklərdə (12-çərçivəli, ikigövdəli və yatıq pətəklərdə) arılara qulluq edilməsindən kəskin şəkildə fərqlənir. Çox gövdəli pətəklərdə arılara qulluq düzgün təşkil olunduğu təqdirdə arıçı işin bir çox hissəsini hazırlıq işlərinə yönəldir (çərçivələrin şanlanması, çərçivələrin növlərə ayrılması, yuvaların genişləndirilməsi üçün gövdələrin hazırlanması və s.).
Yaxşı olardı ki, bu işlər pətəklərdə və ya mövsümün gərgin iş vaxtı arasında fasilələr zamanı görülsün. İş bu cür təşkil olunduqda arıçının il ərzində gördüyü işlər tənzimlənir, bundan başqa isə, mövsümün gərgin iş vaxtı arıçı sırf arılara qulluq işi ilə məşğul olur.
Arıların çox gövdəli pətəklərdə saxlanılması zamanı yuvaların sökülməsi və mövsüm ərzində şanlara baxılması, ailələrin qışa hazırlığı, ayrı-ayrı çərçivələrlə yuvaların dəfələrlə genişləndirilməsi, köçmədən əvvəl yuvanın bərkidilməsi və hazırlığı kimi zəhmət tələb edən işlər qəti istisna olunur. Arı ailələrinin gücü, sürfənin sayı, yuvada yem ehtiyatları, mumlanmış şanların bərpasını müəyyən etmək üçün arı ailələrinə qulluq texnikası, adətən yuvaların sökülməsi ilə yüngülləşir: yuvanı qaldırmaq və çərçivələri dartmadan yuvalara aşağı və yuxarı hissədən baxış keçirmək kifayətdir.
Müəyyən hallarda ailədə çətinlik aşkar olunduqda yuvaları sökə bilərsiniz (arı və sürfələrin xəstələnməsi, ananın itkisi və s.). Yuvalar tam sökülərkən arı ailələrinə əlavə baxışların keçirilməsi bu ailələrdə inkişafı dayandırır, məhsuldarlığı azaldır, vaxtın qeyri-səmərəli sərf olunduğuna səbəb olur.