Yaxşı olardı ki, bu işi yazın əvvəli, yuvalarda az sürfə və sürfələrin şanların içində olduğu vaxt aparasınız. Arıların köçməsinə vaxtından əvvəl hazırlaşın. Qışda adi çərçivələri dəyişin, bunun üçün isə onların lövhə tərəflərini 70 millimetrə kimi elə kəsin ki, çöl yan ölçülərin uzunluğu 230 millimetr olsun.
A - eninə kəsik;
B - uzununa kəsik.
Zərurət olduqda çərçivələrin yuxarı hissələrini yan lövhələrinə taxtaları 6 x 8 kvadrat millimetr ölçüsündə kəsərək və 100 millimetr uzunluğunda doğrayaraq lövhələrin hər iki tərəfindən daimi arakəsmələr qoyun. Yuxarı hissədə yan taxtaların eni arakəsmələrlə birlikdə 37 millimetrə kimi böyüyür (Hofman növlü çərçivələr kimi).
Arıların köçürülməsi davamlı və yuvaların tam sökülməsi ilə əlaqəli olduğundan bu işi təbiətdə yığım olduğu vaxt görmək lazımdır.
Soyuq havada yığımsız vaxtda arıların oğurluq və yuvaların soyulması hallarının yaranmasının qarşısını alan tor və ya cunadan hazırlanan xüsusi çadırlarda bu işi görmək məqsədəuyğun hesab olunur.