9. Arıların müxtəlif növ pətəklərdə saxlanılması
Arı ailələrinin inkişafı və məhsuldarlığı üçün yuvanın həcminin mahiyyəti arıların düzgün yem bazası olduğu təqdirdə yüksək bal yığımını yalnız güclü zəhmətkeş arı ailələrinin hesabına əldə etmək olar. Məhz iri həcmli pətəklərdə arıları yaxşı vəziyyətdə saxlamaq və onlardan lazımınca istifadə etmək mümkündür.
Müəyyən olunub ki, güclü arı ailəsinin inkişafı üçün yığım zamanı tələb olunan şanları nəzərə almayaraq bal və nektarları hazırlamaq üçün 435 x 300 kvadrat millimetr ölçüsündə 14-16 çərçivə lazımdır.
Beləliklə, sürfənin sürətlə inkişafı, şanların hörülməsi və arıların beçəvermə hissiyyatından uzaq olması üçün yalnız iri həcmli pətəklərdə arılara lazımi şərait yaratmaq lazımdır.
Arıları yatıq pətəklər, yarımçərçivə üstlüyü olan ikigövdəli və 12-çərçivəli pətəklərdə saxlayaraq üzərində aparılan çoxsaylı müqayisəli təcrübələr iri həcmli pətəklərin üstün cəhətlərini göstərir (Şəkil 9.1).
Məsələn, 12-çərçivəli pətəklərdə saxlanılan arılarla müqayisədə arıları 18-20 çərçivədə ikigövdəli və yatıq pətəklərdə saxlayaraq bal yığımını bəzi hallarda 25-30 faizə kimi artırmaq olar (Şəkil 9.2).
Bu pətəklərdə arılara qulluq işləri arıçılardan çoxlu vaxt və zəhmət tələb edir, bu səbəbdən də arıçı çoxlu sayda arı ailələrinə qulluq edə bilmir.
Bir arıçı tərəfindən qulluq edilən arı ailələrinin sayı və işin məhsuldarlığını artırmaq üçün çox gövdəli pətəklərdən istifadə edilməklə geniş nailiyyətlər əldə etmək olar.
Çox gövdəli pətəklərdə arıların saxlanılması ABŞ, Mərkəzi və Cənubi Amerika və arıçılıq sənayesi yüksək inkişaf etmiş digər ölkələrdə geniş tətbiq olunur. Zəhmət tələb edən mexanikləşmə prosesləri ilə yanaşı, arıların çox gövdəli pətəklərdə saxlanılması arıxanada işin yüksək məhsuldarlığını təmin edir. Əgər ayrı-ayrı çərçivələr yox, məhz gövdələr işlənilirsə, bu cür saxlamaların üstünlüklərinə nail olmaq olar.
Arı ailələrinin çox gövdəli pətəklərdə saxlanılmasının mahiyyəti istehsalın səmərəliliyi səbəbindən artır (Şəkil 9.3). Bir çox təsərrüfatların arıçıları bir daha əmin olurlar ki, arı ailəsinin çox gövdəli pətəklərdə saxlanılması zamanı arıların yaz inkişafı və şanların hörülməsi yaxşı keçir, beçəvermədən tez xəbər tutmaq olar, əsasən də işin məhsuldarlığı artır.
Çox gövdəli pətəklərə keçərkən, ilk növbədə ailələri digər müxtəlif tərkibli olan pətəklərdən çox gövdəli pətəklərə keçmək üçün vaxtı düzgün seçmək çox zəruridir.