-
Arı ailəsində fərdlər arasında sıx əlaqənin olması, heç bir fərdin ailədən kənar yaşaya
bilməməsini öyrənin.
-
Ailədə gün ərzində arıların bir-biri ilə yem əlaqəsi saxlaması, ana arını yemləməsi, onu
təmizləməsi və bədənindəki ana maddəsini yalamasını öyrənin və axırıncının (yalamasının)
səbəbini araşdırın.
-
Ananın iri olmasının çox yumurtlaması, ailənin güclü olmasının ananın məhsuldarlığına
münbit şərait yaratmasını öyrənin.
-
Beçəvermə prosesi ilə əlaqədar arı ailəsində baş verənləri öyrənin.
-
Arıxananın məhsul olan ərazidən nə qədər məsafədə olmasını öyrənin.
-
Arıların “rəqs”i ilə əlaqədar məlumatlara diqqət edin.
-
Güclü və zəif arıların nə vaxt mərkəzi çərçivələrə yığışaraq topa yaratdıqlarını öyrənin.
-
Topanın arılara hansı cəhətdən xeyirli olmasını öyrənin.
-
Qışlama üçün çərçivələrdə nə qədər balın olması, hansı halda arılara ziyan gətirdiyini
öyrənin.