Topanın mərkəzində arılar yavaş hərəkət edir, qidalanır, balın möhürlərini açır və digər işləri görür.
Vaxtaşırı hər arı topanın qabığından daha yüksək temperaturu olan mərkəzi hissəyə keçir. Topa bir neçə saat ərzində qızışır, qidalanır və sonra topanın periferik hissəsinə keçir ki, orada özüylə götürdüyü yem çatana kimi bir neçə gün qala bilsin. Arı topasında qabığın eni 5-7 santimetr olur, lakin bu ölçü dəyişkəndir. Topanın yanında havanın temperaturu artdıqda və arılar təlaşlandıqda qabıq azalır, bəzən də məhv olur. Normal şəraitdə qışlama zamanı topanın kökünün qabığı uzun müddət qalır və yalnız istilik düşəndə qışlamadan sonra yox olur. Topanın qabığı ilə mərkəzi hissəsinin arasında kəskin temperatur səthi olmur. Qışlamanın əvvəli temperatur mərkəzi yuvanın orta çərçivə aralığında az yer tutur. Burada temperatur 27-320C radələrində olur. Topanın qabığında temperatur azalır, onun periferiyasında isə 8-120C-yə çatır. Topaya yığılan arı ailələri ayda 1-2 kiloqram yemdən istifadə edir.
Sulu buxar halında arıların ayırdığı nəmişlik tədricən bala hopur. Topada olarkən arılar durulaşdırılmış baldan istifadə edir və bununla da susuzluqlarını söndürür. Topa pozulduğu halda bal canına az sulu buxar çəkir və arılar susuzluqdan əziyyət çəkir.
Qış ərzində arıların topası tədricən öz yerini dəyişir. Qışlama zamanı təbii şəraitdə ağacın oyuğunda topa yuxarı hərəkət edir. Pətək, xüsusən də ensiz çərçivə, arılar çərçivənin yuxarı dirəyinə çataraq çox narahat olur, bir müddətlik temperaturu 40-46°C-yə kimi artırır, yem axtarışına başlayır və yemi həmin çərçivələrin bacalarından bir az aralı yerdə tapır. Arılar yemi çox vaxt aşağıdan yeyir, sonra yenidən yuxarıya hərəkət edir, çərçivənin yuxarı hissəsinə çataraq isə yenidən təlaşlanır və həmin şanların başqa yerləri və ya digər çərçivələrə keçir.
Arıların tez-tez təlaşlanması qışlama zamanı onlara mənfi təsir göstərir. Qışlama üçün yuvaları elə qurmaq lazımdır ki, hər çərçivədə 2-2,5 kiloqramdan az olmayaraq bal olsun, belə olduqda arılar tez-tez yerlərini dəyişməyəcək və az narahat olacaq.
Qışlamanın ikinci yarısında yuvada sürfələr artdıqca istilik mərkəzinin sahəsi genişlənir. Bu vaxt sürfənin yanında temperatur 30-340C olur. Yazda isti hava düşdükdə topa ayrılır, lakin temperatur aşağı düşdükdə yenidən müvəqqəti topanın yaranmasını müşahidə etmək olar.
Arıların yaşama müddəti onların doğulması, iş həcmi, həmçinin ailənin gücündən asılıdır. Yaz-yay vaxtı güclü ailənin arıları orta hesabla 40-45 gün, zəif ailələrin arıları isə 25-30 gün yaşayır. Sürfə yemlənməsi ilə məşğul olmayan payızda doğulan arılar qışlayır və aprel-may aylarında ölür. Onlar 8-9 ay yaşayır.