Yaş həddi və ifa etdiyi vəzifəyə görə işçi arılar 2 qrupa bölünür: pətək arıları və uçan arılar. Pətək arıları 20-22 günlük yaşa qədərki, uçan arılar isə ondan sonrakı yaş dövrünü əhatə edir.
Pətək arılarının əsas vəzifəsi sürfə və ana arıları yemləməkdən ibarətdir. Arıların yaşından asılı olaraq pətəkdə konkret vəzifə bölgüsü olmur. Çox vaxt arı bir gündə sürfələri yemləyir, anaya qulluq, qovuqcuqların təmizlənməsi və şanların hörülməsində iştirak edir.
Hər arı yuvada bacardığı işi görməyə çalışır. Məsələn, bir arı qovuqcuqları təmizləməyə başlayır və bir müddətdən sonra işi dayandırır, digəri bu işi davam etdirir, ondan sonra üçüncü, dördüncüsü isə işi bitirir.
Uçan arılar yığım dalınca 4-6 kilometr məsafəyə kimi uçur, lakin bu cür ağır uçuşdan sonra onlar tez yorulur. Uçan arıların əksəriyyəti yolda pis havadan ölür. Bəzi uçuşlar üçün yem sərfiyyatı o qədər çox olur ki, pətəkdə balın miqdarı demək olar ki, artmır.
Arıxanaları elə yerləşdirmək lazımdır ki, arılar yığım dalınca yazda 0,5, yayda isə 1,5 kilometr məsafədən çox uçmasın. Yığım olduğu halda arılar günə 10-15 uçuş edərək bu cür məsafələrə könülsüz uçur.
Yığılan nektarı çevirmək və qovuqcuqda yerləşdirmək məqsədi ilə uçan arılar gənc arılara verir. Arılar pətəyə, əsasən ağac tumurcuqlarından olan yapışqan maddələri yığıb gətirir. Onlar bu materialdan bərəmum hazırlayarkən istifadə edir. Ehtiyac olduğu təqdirdə arılar pətəyə su da gətirir.
İşçi arılar öz ailəsindən olan fərdlərə şanlarda xüsusi hərəkətlər, yəni “rəqs” edərək tapılmış yığım mənbəyi barədə (ona olan məsafə və istiqamətdə) onları məlumatlandırır.
Yığım zamanı rəqsi asanlıqla müşahidə etmək olar, ona görə də hətta pətəkdən çıxan çərçivələrdə arılar rəqs etməyə davam edir. Həmçinin saniyədə 300 titrəyişi olan tezlikdə səslər yaranır. Yuvada təmiz nektar və çiçək tozunun olması, çiçəklərin intensiv ətri yığımı artırmaq üçün arıların uçuşuna səbəb olur.
Əksərən bal yığımı bitdikdən sonra arıların uçuşu azalır. Onlardan bəziləri digər ailənin ehtiyatları ilə qidalanmaq üçün özgə pətəklərə keçməyə çalışır.
Soyuqlar düşəndə payızda arılar daha isti olan yuvanın mərkəzi çərçivələrində topa yaradaraq sıx yığışır (Şəkil 8.6). Topa bütün ailələrdə eyni vaxtda yığılmır. Məsələn, zəif ailələr topalara 140C istilik, güclü ailələr isə topalara 8°C istilikdə yığışır.
Çöldə temperatur 6-20C-yə qədər düşdükdə arıları topada iki hissəyə bölmək olar: yuxarı hissədə olan topa (və ya periferiya), yaxud topanın qabığı, mərkəzi hissədə olan topa və ya hüceyrə. Topanın qabığında arılar bir-birinə bərk yapışaraq bəzən də çox sıxılaraq şan və pətəklərdə hərəkətsiz oturur. Onların əksər hissəsi şanların boş qovuqcuqlarına keçir. Qabıq topanın mərkəzini soyuqdan qoruyur. Aşağı temperatur şəraitində topanın qabığında olan arılarda maddələr mübadiləsi aşağı olur, mərkəzdə olanlara nisbətən maddələr az işlənir.