Normal şəraitdə hər ailədə işlə məşğul olmayan arılar olur, lakin bütün ailələr beçəverməyə hazırlaşmır, ona hazırlaşanlardan da hər bir ailə beçə vermir.
Yığım tam olmadıqda beçəvermə həyata keçmir. Yalnız bəzi hallarda ac beçələr doğulur. Güclü yığım zamanı da beçələr olmur, çünki bütün işçi arılar bal yığımı ilə məşğul olur. Az yığım zamanı yuvada çox isti və quraqlığın olması beçəverməni sürətləndirir.
Tədqiqatlar göstərir ki, əgər yuvada çox yüksək temperatur olur və arılar temperaturu normaya qədər aşağı salmağa çətinlik çəkirsə, həmin ailə mütləq beçəverməyə hazırlaşmağa başlayır. Əgər güclü ailələrə vaxtında lazımi köməklik göstərib və yuvanın qızmasının qarşısı alınarsa, onlar beçə verməyəcək və daha çox məhsul verəcək.
Güclü arı ailələri beçəverməyə fərqli olaraq meylli olur. Onlardan az məhsul verənlər beçəverməyə həmişə meylli olur.
İlin isti mövsümündə işçi arılar pətək və ondan kənarda müxtəlif işlər görür. Məhz onlar sürfəyə baxır və onu yemləyir: ananı yumurtalamağa hazırlayaraq qovuqcuqları təmizləyir və yem gətirir, yuvanın sürfə hissəsində temperatur və yuvada müəyyən rütubəti qoruyub saxlayır, şanları hörür, ananı yemləyir, uçuş bacasını qoruyur, təbiətdə nektar və çiçək tozunu axtarır və pətəyə su gətirir.
Pətəkdə işi, əsasən gənc tam uçmayan arılar görür, lakin uçuş bacasının mühafizəsi, yemin axtarılması və pətəyə gətirilməsini isə uçan arılar həyata keçirir. Sürfəni yemləyərkən və mum ayırarkən arıların çiçək tozu və güləmdən istifadə etməsi zəruri hesab olunur.
Zərurət yarandıqda nektarı şəkər şərbəti ilə əvəz etmək olar. Zülal yeminin (güləmin) tam əvəzediciləri hələ ki, tapılmayıb.
Bal arılarının ən vacib xüsusiyyətlərindən biri odur ki, onlar yemi nəinki birdəfəlik istifadə edə, həmçinin ehtiyata yığa bilir, ona görə də arıxanadan satış üçün balı almaq mümkün olur.