Dişli təkərlərin köməyi ilə məftili süni şana salın. Dişli təkərlərin diametri 22 millimetrdir, xırda dişləri və ətrafında oyuq olur, oyuğun diametri isə məftilin diametrinə uyğun olmalıdır (Şəkil 9.5).
Süni şana məftili salmaq üçün xüsusi daraq çox rahatdır, onun uzunluğu isə çərçivədə dartılmış məftilin uzunluğuna uyğun gəlir. Lövhənin alt küncündə eyni məsafədə 20-25 daraq var, onlara isə 8-10 millimetr önə çıxan dəmir bərkidilib. Süni şan vərəqinin qalın hissəsinə, lövhəni lazım olan dərinliyə tərəf çəkin. Birləşdirilmiş (universal) vərdənədən süni şanın küncünü yuxarı dirəyə tərəf diyirlədərək gətirmək, həmçinin çərçivələrin məftillərini ora lehimləmək üçün istifadə olunur. Dəstək (1), metal mil (2), çotur fırlanğıc (3) və diş təkərlərinin dişli diskindən (4) ibarətdir (Şəkil 9.6).
Vərdənənin ölçüləri:
Vərdənənin uzunluğu - 220 millimetr;
Fırlanğıcın diametri - 14 millimetr;
Fırlanğıcın eni - 11 millimetr;
Dişli təkərlərin diametri - 25 millimetr;
Dişli təkərlərin eni isə 2 millimetrdir.
9.1. Çərçivələrin elektriklə şanlanması üçün qurğu və cihazlar
Yuxarıda göstərilən alətlərdən istifadə etməklə süni şana məftillə basılmaq yolu ilə çərçivələrin əllə şanlanması çox ləng olur. Bu səbəbdən də bir çox arıçılar elektriklə şanlayıcı cihazdan istifadə edirlər, yəni müəyyən gücdə olan elektrik cərəyanının keçirilməsi nəticəsində çərçivədə dartılmış məftil əridilir və süni şan vərəqinə düşürülərək ora yapışdırılır.
0,5 millimetr diametri və 5-6 santimetr uzunluğu olan dartılmış məftilin çərçivədə qızması üçün 6-8 voltluq cərəyanı keçirtmək kifayətdir. Laboratoriya transformatoru və ya reostatın köməyi ilə cərəyanın gücünü tənzimləmək olar. V. D. Lukoyanov elektriklə şanlama zamanı mürəkkəb qurğulardan istifadə etmədən bir cihaz təklif edib.
Cihaz məftillərlə (ştepsel vasitəsi ilə) transformatoru birləşdirən 20-24 vat gücü olan transformator və 4 millimetr diametri olan kontaktlardan ibarətdir. Dəmir kontaktlar taxta dəstəyə bağlanıb kontaktların iti ucları isə 30-40 millimetr qabağa çıxır.