9. Çərçivələrin şanlanması
Arıçılıq təcrübəsində süni şanın çərçivələrin məftilinə birləşdirilməsinin bir neçə üsul və yolları var ki, arıların hördüyü şanların keyfiyyəti onlardan asılıdır. Onların hamısının xüsusi avadanlığa ehtiyacı var.
Lekal taxtasından süni şanların çərçivələrə birləşdirilməsi üçün istifadə olunur. Onu 12 millimetrlik qalınlığı olan bütöv taxtadan hazırlayırlar. Lekalın uzunluğu 410, eni isə 260 millimetrdir. Altdan lekala iki lövhə vurun ki, şanlama zamanı onların künclərinə çərçivə qoya biləsiniz (Şəkil 9.1 və Şəkil 9.2).
Çərçivənin üst dirəyinə vərdənənin köməyi ilə süni şanı diyirləyərək gətirin. Süni şan vərəqinin küncünü diyirləyərək gətirərkən diyircəklər dirəyin yarı enində olmalıdır. Vərdənənin əvəzinə, taxta dirəklərdən istifadə etmək olar (Şəkil 9.3 və Şəkil 9.4).